“Cəngi” Mahnı Teatrında konsert verib
Tarix: 13.03.2018 | Saat: 05:05:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakıda keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında “Cəngi” estrada folklor ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, tədbiri teleradioaparıcı Rahib Azəri açıb. O, Azərbaycanın milli dəyərlərinin təbliğində festivalın əhəmiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlər ölkənin mədəni həyatına böyük töhfə verir.
Sonra “Cəngi” ansamblının konserti başlayıb. Musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini, muğam üstündə caz kompozisiyaları ifa ediblər. Konsert böyük maraqla qarşılanıb.
Xatırladaq ki, “Cəngi” qrupu xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyalar təqdim edir. Qrupu 1992-ci ildə tanınmış caz ustası, mərhum bəstəkar Rafiq Babayev yaradıb. 2002-ci ildən bu günədək qrupun bədii rəhbəri Əməkdar Artist Mircavad Cəfərovdur.
“Cəngi” ansamblı müxtəlif musiqi festivallarında iştirak edir, tez-tez qastrol səfərlərinə çıxaraq Azərbaycan xalq musiqisini bütün dünyada təbliğ edir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Görkəmli aktyor Həsən Turabovun xatirəsi anılıb
16.11.2018
Cenevrədə Azərbaycan kinosunun uğurları
16.11.2018
Rusiya və Ukraynanın aparıcı solistləri Bakıda çıxış edəcək
15.11.2018
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
15.11.2018
Musiqili Teatrda bu həftə...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info