Bakı və Tokio arasında əməkdaşlığın qurulması perspektivləri barədə müzakirələr
Tarix: 13.03.2018 | Saat: 10:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Tokio prefekturasının qubernatoru xanım Yuriko Koiko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə diplomat ölkəmizin zəngin tarixinə nəzər salaraq, Azərbaycan Demokratik Respublikasının 1918-1920 illərdə müsəlman dünyasında ilk demokratik dövlət olduğunu bildirib. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğunu qubernatorun nəzərinə çatdırıb. Qeyd edib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyin bərpasından sonra çətin vəziyyətlə qarşılaşıb, torpaqlarımız Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Buna baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyinin 27 illində mühüm nailiyyətlər qazanılıb.
Ölkə rəhbərliyinin uğurlu daxili və xarici siyasəti, respublikamızda keçirilən mötəbər tədbirlər, o cümlədən idman yarışları haqqında qubernatora ətraflı məlumat verilib.
Yaponiyanın Azərbaycan üçün Asiya regionunda çox vacib ölkə olduğunu vurğulayan diplomatımız ölkəmizin gündoğan ölkə ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, Azərbaycan - Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. İki ölkə arasında əməkdaşlığın xüsusən iqtisadi cəhətdən genişləndirilməsinin vacibliyini bildirib və bu istiqamətdə yüksək potensialın mövcud olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlıq genişlənir və bu da ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. Bu baxımdan Bakı və Tokio arasında əməkdaşlığın qurulmasının hər iki tərəf üçün faydalı olacağı vurğulanıb.
Öz növbəsində Y.Koiko verilən məlumatlara görə minnətdarlığını ifadə edib və Yaponiyanın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. O, Yaponiya parlamentinin deputatı kimi uzun müddət Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü olduğunu xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb və Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
Qubernatora ölkəmizdə baş tutan yüksək səviyyəli beynəlxalq tədbirlər, idman yarışları, o cümlədən Birinci Avropa Oyunları, Formula-1 Azərbaycan Qran Prisi, İslam Həmrəyliyi Oyunları haqqında da məlumat verilib.
Görüşdə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə bağlı da müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Balakəndə yol tikintisinə vəsait ayrıldı
22.06.2018
Cənub Qaz Dəhlizi bütün Avrasiya uçun qlobal önəm daşıyır
21.06.2018
Həmvətənimiz Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb
21.06.2018
“Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstanı Avropa ilə birləşdirən ən qısa və münasib yoldur”
21.06.2018
Azərbaycan rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9440

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info