Qocalar üçün açılan süfrə
Tarix: 13.03.2018 | Saat: 12:24:00 | E-mail | Çapa göndər


Paytaxtın mərkəzində yerləşən Əlövsət Quliyev küçəsindəki kiçik kafe şəhərin müxtəlif ünvanlarında yaşayan ahıl sakinlərin toplaşdığı məkanlardan biridir. Həftədə üç dəfə həmin iaşə müəssisəsində açılan nahar süfrəsi ora pənah gətirənləri qoynuna alır...
AZƏRTAC xəbər verir ki, həmin savab əməlin təşkilatçısı Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri Larisa Reyxrudeldir. O, ötən əsrin 90-cı illərinin ortalarından həmin xeyirxah missiyaya başlayıb. Xoşməramlı qadın tez-tez uşaq evlərinə üz tutub, restoran və yeməkxanaları kirayə götürərək evsiz-eşiksiz, eləcə də tək yaşayan qocalar üçün nahar süfrəsi təşkil edib.
Larisa Yefimovna ixtisasca həkimdir, Azərbaycan Tibb Universitetini bitirib və 1968-ci ilin yanvarından təqaüdə çıxanadək yalnız bir ünvanda - paytaxtdakı 4 nömrəli uşaq poliklinikasında pediatr işləyib. “Həkim olmaq lap uşaqlıq arzum olub. Bakıdakı 1 nömrəli məktəbi bitirəndən sonra Bayıl qəsəbəsindəki xəstəxanada bir il sanitar işlədim, Tibb İnstitutunun pediatriya fakültəsinə qəbul olundum. Təhsilimi başa vurandan sonra isə sahə həkimi kimi fəaliyyətə başladım”, - deyə o, sevimli peşəsi haqqında söhbət açır.- Çox gözəl bir xidmət sahəm və çox tələbkar baş həkimimiz var idi. Ən gözəl və unudulmaz xatirələrim məhz həmin illərlə bağlıdır. Xidmət sahəmdə hər bir doğulan körpə mənə böyük sevinc bəxş edirdi”.
Nə az, nə çox, təqaüdə çıxanadək həmin səhiyyə müəssisəsində çalışan təcrübəli pediatr uşaq sağlamlığı sahəsində vəziyyətin indi yaxşılığa doğru xeyli dəyişdiyini söyləyir:” O vaxt körpələr müxtəlif infeksion xəstəliklərdən çox əziyyət çəkirdilər. İndi aparılan peyvəndlər nəticəsində infeksiyalar hədsiz dərəcədə azalıb, demək olar ki, yox dərəcəsindədir”.
O, ötən əsrin 90-cı illərinin ortalarında tək yaşayan, evsiz-eşiksiz və imkansız qocalar üçün həftədə bir dəfə süfrə açıb. Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri başladığı bu iş 1996-cı ildən rəsmi xarakter daşıyıb. Müxtəlif instansiyalara müraciəti nəticəsində nəhayət ki, 2004-cü ildə ona öz məqsədini həyata keçirmək üçün yer ayrılması ilə nəticələnib. Artıq 13 ildir ki, şəhərin mərkəzindəki qədim küçələrdən birinin zirzəmisi həftədə üç dəfə yaşı 65-dən yuxarı olan ixtiyar qocaların sevimli məkanına çevrilir və onlar bir süfrənin ətrafına yığışaraq nahar edirlər. Hətta qocalardan eləsi var ki, həmin süfrədə olan təamlardan kiçik bir bağlama hazırlayıb özü ilə aparır.
Lakin xeyirxah xanım təkcə onları doyunca yedizdirməklə kifayətlənmir, ehtiyacı olanları pal-paltar, geyim-kecimlə də təmin edir. Assosiasiyanın xətti ilə qocaların səhhətinə qayğı göstərir, sağlamlığında problem olanların üzərində həkim müayinələri təşkil edir, hətta onların əməliyyat edilərək sağlamlığa qovuşmasına yardımçı olur. Üstəlik lazım gələndə qocalara hüquqi yardım göstərilməsini də təmin edir.
Ölkəmizdə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ənənələrinin dirçəldiyini qeyd edən Larisa xanım “Babalarım XIX əsrin axırlarından Bakını özlərinə məskən seçiblər. Atamın anası isə keçən əsrin əvvəllərində yəhudi tələbələr üçün yeməkxana açıb. Mən də bu işi görməkdən böyük zövq alır və bir növ öz borcumu yerinə yetirirəm”, – deyə xeyriyyəçilik ənənəsinin genetik olduğunu söyləyir.
Yeni il süfrəsində paytaxtda yaşayan yəhudiləri bir yerə toplayan Larisa Reyxrudel Novruz bayramı günlərində onları Azərbaycan milli mətbəxinin ən şirin və dadlı nemətlərinə qonaq edir. İslam dinində və iudaizmdə gəlirin onda birini ehtiyacı olanlara sərf etməyin savab olduğu söyləyən xeyriyyəçi xanım ona ayrılan ünvanın təkcə iaşə müəssisəsi kimi deyil, həm də qocaların vaxtaşırı üz tutub stolüstü oyunlarla məşğul olduğu bir ünvan kimi görmək istəyir.
Larisa Reyxrudel 2007-ci ildə BMT-nin sülh səfiri seçilib, ictimai həyatda göstərdiyi fəallıq və xeyriyyəçilik əməllərinə görə 2010-cu ildə Fransanın Fəxri Legion ordeninə layiq görülüb. 2017-ci ildə o, Azərbaycan Prezidentinin Fərmanı ilə “Şöhrət”ordeninə layiq görülüb.
20 ildən artıqdır ki, kimsəsiz qocalar üçün süfrə açaraq ac qarınları doyuran Larisa Reyxrudelin bu əməli neçə-neçə ağızlara dad, gözlərə işıq, ürəklərə təpər gətirir. Əlbəttə ki, bu səxavət və xeyirxahlıqdan onun özü də rahatlıq tapır, məmnunluq duyur. Başqalarına sevinc gətirmək, onlara yardım əli uzatmaq həmişə xoş duyğular bəxş edir...

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
AQTA əhaliyə müraciət etdi:qurban kəsmək istəyənlər...
14.08.2018
Azərbaycana gələn turistlərin statistikası
13.08.2018
“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib
13.08.2018
Vətəndaşlar “BakuBus” MMC-yə edilən müraciətlərin nəticəsi barədə məlumatlandırılıb
13.08.2018
“4G şəbəkəsinin genişləndirilməsinə çox ciddi sərmayə yatırmağı planlaşdırırıq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9853

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 Türkiyə dollara qarşı yeni bir gediş edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info