ABŞ və Türkiyə Menbiç məsələsində razılaşdı
Tarix: 13.03.2018 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Çavuşoğlu: “YPG terrorçuları Menbiçi tərk edəcək, ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək”

Kərim Has: “Afrinin taleyi və enerji məsələsi Putin-Ərdoğan görüşündə həll olunacaq”

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun Rusiyaya səfəri başlayıb. TASS-ın yaydığı xəbərə görə, səfər çərçivəsində nazir Türkiyə- Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərini müzakirə edəcək, həmçinin Moskvada keçirilən turizm sərgisinə qatılacaq. Martın 14-də Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulub. Daha sonra türkiyəli nazir Suriya üzrə Astana formatının XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya yola düşəcək. Daha sonra ABŞ səfəri planlaşdırılır. Rusiya mətbuatı yazır ki, Çavuşoğlunu səfərinin mərkəzində dayanan əsas məsələ Suriya, konkret olaraq Şərqi Qutadakı vəziyyət olacaq. “Nezavisimaya qazeta” nəşri yazır ki, Şərqi Qutada Türkiyəyə loyal olan müxalif birliklər yerləşir və Ankara onları ərazidən çıxarmaq istəyir. Çünki Bəşər Əsədə tabe olan qüvvələr Rusiya və İranın yardımı ilə bölgədə quru əməliyyatına başlayıb. Rusiya tərəfi Şərqi Qutada olan yaralılar və mülki vətəndaşların evakuasiya olunması ilə bağlı danışıqlara başlandığını elan edib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə bəyan edib ki, BMT Dəməşq ətrafında yerləşən Şərqi Qutada atəşkəsə nail ola bilməsə, ABŞ Suriyaya zərbə endirməyə hazırdır: “ABŞ zəruri hallarda hərəkət etməyə hazırdır. Bu, bizim üstünlük verdiyimiz yol olmasa da, onu nümayiş etdirə bilərik. Biz buna hazırıq”. Rusiya xarici siyasət idarəsinin sözçüsü Zaxarova bildirib ki, Lavrov-Çavuşoğlu görüşündə apreldə baş tutacaq Ərdoğan-Putin görüşünün detalları müzakirə olunacaq. Politoloq Kərim Has hesab edir ki, bölgədə hələlik kradinal dəyişiklik gözlənilmir Türkiyə Afrin, Əsəd isə Şərqi Qutanı ələ keçirmə əməliyyatını davam etdirəcək. Onun sözlərinə görə, Şərqi Qutada olan bəzi döyüşçülər İdlibə transfer olunub. Çavşuoğlu-Lavrov görüşündə qalan döyüşçülərin də transferi müzakirə olunacaq. Kərim Has bildirib ki, əsas müzakirə predmetlərindən biri Afrin olacaq. Ekspert hesab edir ki, Türkiyənin Afrini ələ keçirməsi Moskvada olduğu kimi Vaşinqtonda müəyyən narahatlıq yaradacaq: “Ona görə də Afrinin tam ələ keçirilməsi aprelə qədər yubanacaq. Putinin Ərdoğanla görüşü məhz aprelin əvvəlində olacaq. Afrinlə bağlı qərar də məhz Putin-Ərdoğan görüşündə veriləcək. Burada enerji amili də rol oynayır. Moskva “Türk axını” layihəsi ilə bağlı Türkiyə ərazisində işlərə başlanmasını istəyir. Amma hələlik Ankaradan müəyyən icazələri almaq mümkün olmayıb. Afrinin taleyi və enerji məsələsi Putin-Ərdoğan görüşündə həll olunacaq”. Ekspert qeyd edir ki, Çavuşoğlunun bir neçə gün əvvəl Afrin əməliyyatının may ayında başa çata biləcəyini deməsi də bununla bağlıdır. Səfərdən əvvəl Çavuşoğlu sürpriz sayıla biləcək açıqlama ilə çıxış edib. Belə ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, Türkiyə və ABŞ Menbiç məsələsində razılıq əldə edib və YPG terrorçuları Menbiçi tərk edəcək: “YPG Menbiçdən çıxan kimi ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək”. Nazirin sözlərinə görə, martın 19-da “Yol xəritəsi” müəyyən olunacaq: "YPG Menbiçdən çıxandan sonra ABŞ və Türkiyə hərbçiləri bölgədə təhlükəsizliyi birlikdə təmin edəcək. ABŞ-ın YPG-yə verdiyi silahların hamısını geri ala bilməyəcəyimizi bilirik. Onların bəziləri köhnəlib, bəziləri itib. Ancaq ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl demişdi ki, həmin silahları terrorçulardan geri alacaqlar. ABŞ-Türkiyə İşçi qrupunda verilən bu vədə necə əməl olunduğunu görəcəyik”. Qeyd edək ki, martın 19-da Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonal görüşəcək. Həmin görüşdə Suriya məsələsi müzakirə ediləcək. Nazir bildirib ki, Menbiçdə təhlükəsizliyin təmin olunmasını ABŞ və Türkiyə əsgərləri birgə təmin edəcək. Bu model uğurlu olarsa, Rakka da daxil olmaqla digər bölgələrdə də tətbiq ediləcək. Menbiçin idarə olunmasında bölgənin etnik mənsubiyyəti əsas götürüləcək və YPG təmsil olunmayacaq. Onu da qeyd edək ki, ABŞ-ın YPG-ni Menbiçdən çıxaracağı təqdirdə, Ankara-Vaşinqton xəttində artan gərginliyin azalacağı gözlənilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub
19.08.2018
Əfqanıstan Prezidenti Qurban bayramı ilə əlaqədar “Taliban”la atəşkəs elan edib
19.08.2018
Suriyada İŞİD terrorçuları ilə ABŞ əsgərləri arasında qarşıdurma olub
19.08.2018
Erməni ekspertlər: Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq
18.08.2018
Putindən Avstriya nazirinə toy hədiyyəsi: rəsm əsəri, qədim yağçəkən və Tula samovarı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9909

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info