İslamabadda AXC-ə həsr olunan musiqi gecəsi keçirilib
Tarix: 13.03.2018 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan növbəti musiqi gecəsi Pakistanın paytaxtı İslamabad şəhərində keçirilib.
Pakistanın rəsmi şəxslərinin, xarici ölkələrin səfirlərinin, bu ölkədə yaşayan azərbaycanlıların, KİV-in və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Səfir Əli Əlizadə tədbirdə çıxış edərək qədim tarixə və zəngin mədəniyyətə malik olan, böyük mütəfəkkirlər və incəsənət xadimləri yetişdirən Azərbaycanın dövlət quruculuğu barədə məlumat verib, müsəlman Şərqində ilk teatrın və operanın məhz Azərbaycanda yarandığını qeyd edib. O, həmçinin 100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin bir çox mədəni yeniliyə, müasir ideyalara imza atdığını diqqətə çatdırıb. Multikulturalizm ölkəsi sayılan Azərbaycanın bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etdiyini bildirən Əli Əlizadə ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər barədə danışıb. Azərbaycanda mədəni inkişafın ölkənin regionlarını da əhatə etdiyini qeyd edən səfir bunun nəticəsində Gəncə şəhərinin 2016-cı ildə Avropa gənclər paytaxtı, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunduğunu, Qəbələ şəhərinin 2020-ci il üçün İslam turizm paytaxtı elan ediləcəyini bildirib. Azərbaycan Prezidentinin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin ölkəmizdə və xaricdə geniş qeyd olunduğunu bildirən səfir müstəqil Azərbaycanın beynəlxalq və regional səviyyədə mühüm əməkdaşlıq münasibətləri qurduğunu vurğulayıb. O, oxşar mədəni dəyərlərə və ortaq bağlara sahib olan Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin bərqərar edildiyini, bunun ildən-ilə möhkəmləndiyini söyləyib.
Pakistan Baş nazirinin hüquqi məsələlər üzrə xüsusi köməkçisi, dövlət naziri Zəfərulla Xan dünya mədəniyyət ocaqlarından biri olan Azərbaycanın tarixən böyük dahilər, filosoflar yurdu olduğunu qeyd edib. O, dünya ədəbiyyatı və fəlsəfəsi tarixinə öz möhürünü vurmuş Nizami Gəncəvinin yalnız Azərbaycanda və Yaxın Şərqdə deyil, eyni zamanda, Mərkəzi və Cənubi Asiyada da sevilə-sevilə oxunduğunu bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdıran dövlət naziri möhkəm təməllər üzərində bərqərar edilmiş Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Sonra Azərbaycanın Əməkdar Artisti Mübariz Əsgərov, müğənnilər Nigar Şabanova, Fəxri Nicat Kazım Azərbaycan xalq və bəstəkar mahnılarını, həmçinin klassik musiqilərimizi ifa ediblər. Tədbirə dəvət olunan çinli müğənni və Pakistanın musiqi qrupları da öz ifalarını təqdim ediblər.
Sonra iştirakçılara ziyafət verilib. Tədbir Pakistan televiziyalarında da geniş işıqlandırılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
22.06.2018
ADPU-da “Erkən nikahlara yox!” mövzusunda sərgi keçirilib
22.06.2018
Taktiki-xüsusi təlim keçirilib
22.06.2018
Pansionatda kimsəsiz qocalar arasında idman yarışı təşkil edilib
22.06.2018
BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalandı

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9439

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info