“Virtual çərşəmbə” adlı tədbir keçirilib
Tarix: 13.03.2018 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Martın 13-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin təşəbbüs və təşkilatçılığı, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin dəstəyi ilə könüllü olaraq “Virtual çərşəmbə” adlı tədbir keçirilib. Paytaxt və regionlarda fəaliyyət göstərən 30-a yaxın aktiv xanım QHT-rəhbərinin iştirak etdiyi tədbirə Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova, Danimrka Azərbaycan Dostluq Cəmiyyətinin sədri, bəstəkar-pianoçu Kəmalə Maisqızı “Skype”lə qoşulublar. Yığıncaqda Rusiyada Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva da qonaq qismində iştirak edib.
Öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf Yel çərşəmbəsi münasibətilə hər kəsi təbrik edərək görüşün mövzu və məqsədi haqqında məlumat verib. Nərgiz Xələf qeyd edib ki, ilk görüşdə irəli sürülən təkliflər əsasında “Facebook”da Qadınların Əməkdaşlıq Mərkəzi (Women`s Cooperation Center) yaradılıb və bu qrupa fəal qadınlar üzv olub: “Bu gün istər ölkə daxilində, istərsə xaricdə xanım QHT rəhbərləri də aktivlik göstərirlər. Məqsədimiz bu qrupda belə xanımları bir araya toplamaqdır. Eyni zamanda bu qrup vətəndaş cəmiyyətindəki və biznes sahəsindəki xanımların əməkdaşlıq platformasıdır”.
Sonra Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə iştirakçılara ABŞ və Danimarkadan virtual qoşulan qonaqlar haqqında danışıb. O bildirib ki, bu iki ölkədəki xanım soydaşlarımız öz gücləri ilə aktiv şəkildə Azərbaycanın təbliğatını aparırlar.
Rusiyada Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva Vətəndə lider xanımlarla birgə tədbirdə iştirak etməkdən məmnun olduğunu deyib. Uzun müddət Krasnoyarskda fəaliyyət göstərən Səadət Qarayeva əldə etdiyi təcrübəni hazırda Moskvada tətbiq etməyə çalışdığını vurğulayıb: “Azərbaycan diasporunun xanım üzvlərinin fəaliyyəti təqdirəlayiqdir. Onlar hansı ölkədə yaşamalarından asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etməyə çalışırlar”.  
Daha sonra onlarla “Skype” bağlantı yaradılıb. Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova deyib ki, ABŞ-da Azərbaycan qadınını təmsil edir: “Qadı və ya kişi fəqri yoxdur, xaricdə yaşayan azərbaycanlıların əsas məqsədi vətənə xidmət etməkdir. Bizim məqsədimiz Azərbaycanı xaricdə tanıtmaq və onun mənafeyi, çiçəklənməsi uğurunda əlimizdən gələni əsirgəməməkdir”.
Danimrka Azərbaycan Dostluq Cəmiyyətinin sədri, bəstəkar-pianoçu Kəmalə Maisqızı deyib ki, əsas məqsədi danimarkalılarla dostluğu daha da möhkəmləndirmək, həmçinin müsiqimizi, adət-ənənələrimizi onlara daha da yaxından tanıtmaqdır: “Mən Danimarkada diaspor fəaliyyəti göstərməklə yanaşı, müsiqimzi də təbliğ edirəm. Danimarkada konsertlərdə Azərbaycan bəstəkarlarının əsərlərindən və tanınmış filmlərdən popuri melodiyalar ifa edirəm. Həmçinin burada musiqi tədris edərkən tələblərimə Azərbaycan mahnılarını da öyrədirəm. Artıq Danimarkada Azərbaycan musiqisini ifa edən bir çox tələbəm var”. 
Yeri gəlmişkən, Kəmalə Maisqızı Danimarkadan canlı olaraq bir neçə Azərbaycan musiqisini pianoda ifa edib.
Konfrans zamanı virtual qonaqlara suallar verilib, görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Çıxış edən ən fəal xanım QHT rəhbərləri fəaliyyətlərini genişləndirmək üçün birgə layihələrin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin uğurları hər bir vətənpərvər azərbaycanlını sevindirir. Xüsusən, Azərbycanda keçiriləcək 11 aprel prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatının çox mühim hadisəsi olacağı bildirilib. 

Əkbər




 
Bölməyə aid digər xəbərlər
13.08.2018
DTX “Reket jurnalistləri” saxladı
13.08.2018
5 ayda 6177 boşanma halları qeydə alınıb
13.08.2018
İsa Həbibbəyli Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib
11.08.2018
Naxçıvan Daxili İşlər Nazirliyində müşavirə keçirilib
11.08.2018
DSX rəisi at çapan qızla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9853

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 Türkiyə dollara qarşı yeni bir gediş edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info