BANM-ın 700 ballılarının ilk imtahan nəticələri necə oldu?!
Tarix: 13.03.2018 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Ötən il I qrup üzrə qəbul imtahanlarında 700 bal toplayan ölkə üzrə 7 tələbə Bakı Ali Neft Məktəbini (BANM) seçərək BANM-ın tələbəsi adını qazandılar. Bu tələbələrin BANM-da necə oxuması və ilk imtahanlarının nəticələri hər kəs üçün maraq doğurub. Çünki ali məktəbdə təhsil almaq digər universitetlərə nisbətən daha çətindir. Qeyd edək təhsil sistemi Azərbaycanda olan digər ali təhsil müəssisələrindən fərqlənən BANM-da tələbələr birinci il hazırlıq kursu (“Foundation”) oxuyur ki, burada onlar İKT və İngilis dili üzrə hazırlaşdırılır. Onlar İELTS və İKT üzrə imtahanlarında uğur əldə etdikdən sonra növbəti kursa keçir və öz ixtisasları üzrə fənləri öyrənməyə başlayırlar.
Məhz 700 ballı tələbələrin daim ictimaiyyətin diqqət mərkəzində olduğunu nəzərə alaraq onların ilk göstəriciləri ilə bağlı məlumatı sizə təqdim edirik.
¬ Məmmədova Jalə - «Kimya mühəndisliyi» ixtisası - Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 96 bal;
¬ Cəbrayılov Vahab - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası - Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 96 bal;
¬ Əhmədov Elmir - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 95 bal;
¬ Əliyev Qabil - «Kimya mühəndisliyi» ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 93 bal;
¬ Əliyeva Xalidə - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası – Hər iki fəndən “A” alaraq mümkün 100 baldan ortalama 93 bal;
¬ Əsədzadə Mahirə - «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası – Fənlərdən “A” və “B” alaraq mümkün 100 baldan ortalama 89 bal toplayıb.

BANM-ın 7-ci 700 ballı tələbəsi Əsgərzadə Abdulla isə yüksək dil və İKT biliklərinin sayəsində birbaşa ikinci kursa qəbul olub. «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası üzrə təhsil alan Abdullanın imtahan göstəriciləri aşağıdakı kimidir: Azərbaycan tarixi – A (99 bal), Riyaziyyat – A (93bal), Azərbaycan dili və Nitq mədəniyyəti – A (92 bal), Proqramlarşdırma və kompüterin tətbiqi – A (91 bal), Fizika – A (91 bal), İnformasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi – A (96 bal).

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info