Arman Melikyan: “Tezliklə Ermənistan cəmiyyətində qarşıdurma və tamamilə yeni bir vəziyyətin yaranacağını istisna etmirəm”
Tarix: 13.03.2018 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


“ Ermənistan hakimiyyətinə qarşı xalqın münasibəti mənfi olaraq qalacaq”

Artıq Ermənistan özünün yeni prezidentini seçib. Əslində, seçib demək bir az gülməli görünsə də, bu belədir. Lakin qeyd edək ki, yeni prezident Aram Sərkisyanın prezidentliyi də formal xarakter daşıyacaq. Bütün bu oyunlar aprelin 9-da Serj Sərkisyanın hakimiyyəti ələ keçirərək, yenidən hökumət başçısı olmasına hesablanıb. Qeyd edilməlidir ki, Ermənistan müxalifəti son günədək prezident seçkilərinin ümumxalq səsvermə yolu ilə keçirilməsini təkid edirdi. Bunun üçün 21 deputatın Konstitusiya Məhkəməsinə müraciət imzası lazım idi. Lakin müxalifət bunu edə bidmədi.
Bugünkü Ermənistanın durumu ilə bağlı «1in.am» saytına danışan erməni siyasətçi Arman Melikyan deyir ki, əgər siz seçkilərdən sonra baş verən hadisələrdən danışırsınızsa, hazırda ölkədə başlanan kütləvi etirazlar prezident seçkiləri ilə bağlı olan hadisələr deyil:” Bu,
mənim fikrimcə, seçki proseslərinin hakimiyyət tərəfindən tamamilə saxtalaşdırılmasının nəticəsidir. Ona görə də, hakimiyyət hazırda etiraz aksiyalarına müdaxilə etməyə ehtiyac duymur, Lakin mən tezliklə bütün cəmiyyətdə qarşıdurma, tamamilə yeni bir vəziyyətin yaranacağını istisna etmirəm. Məlumdur ki, Ermənistanın özündə qarabağlı ermənilərə münasibət birmənalı deyil. Məhz bu aspekdən demək olar ki, indi Ermənistan hakimiyyətinə qarşı münasibət mənfi olaraq qalacaq”.
Sayt əməkdaşı belə bir sual ünvanlayıb: «Seçkilərdən sonra baş verən hadisələrin nəticələri həmişə Ermənistanda mənfi tendensiya ilə müşahidə edilib. Belə ki, ölkədə etinasızlıq, miqrasiya və başqa mənfi halların sürəti artır. Sizin fikrinizcə, hakimiyyət əvvəlki sakit vəziyyəti saxlaya biləcəkmi və ya ölkə daxilində yeni bir partlayış ehtimalı gözlənilmi? Bu sualı cavablandıran Melikyan deyib: «Dediyim kimi, bir və ya iki həftə davam edən kütləvi etiraz aksiyalarının davamı olaraq , hakimiyyət qüvvələri ilə cəmiyyət arasında kəskin qarşıdurma olacağı istisna deyil. Mən bunun davamlı ola biləcəyini də istisna etmirəm. Hakimiyyət ictimaiyyətin tələb və problemlərini görməməklə və onlara qarşı öz iradəsini tətbiq etmək qərarı ilə ölümcül bir səhvə yol vermiş olur”. Erməni styasətçiyə ünvanlanan növbəti sual ölkədə yaxın vaxtlarda seçiləcəyk yeni baş nazirlə bağlıdır. Müxbirin, «Siz, bir növ Sərkisyana qarşı, onun təkamülünün qarşısını almaq üçün birləşməyi təklif edirsiniz. Maraqlıdır, qısa müddətdə müsbət nəticələrə necə nail ola biləcəyinizə əminsinizmi?»-sualını cavablandıran Melikyan bu suala hələ ki, müəyyn cavabı olmadığını bildirir. Lakin bununla belə o, bu prosesin təşəbbüskarlarının elan edəcəkləri məqsəd ətrafında cəmiyyəti birləşdirə biləcəklərindən çox şeyin asılı olduğunu iddia edir:” Məqsədə nail olmaq üçün hansı maliyyə və intellektual resursların prosesdə necə iştirak edəcəyi əsasdır. Təbii ki, onlar bununla məqsədlərinə nail olsalar belə, bu onlar üçün qazandıqlarının yalnız yarısı kimi dəyərləndirilməlidir. Sonrakı addımları necə görürlər, bax bu, daha böyük önəm kəsb edəcək”.
Sayt əməkdaşının növbəti sualı ölkədəki təhlükəsizlik strukturunda həyata keçirilən dəyişikliklələ bağlıdır. Əməkdaşın, «Siz bunu necə qiymətləndirirsiniz? Burada narahatlıq üçün bir səbəb varmı?» -sorğusuna erməni siyasətçi belə cavab verib: «Ermənistan dövlət idarəetmə sisteminin strukturu hakimiyyətin faktiki tələblərinə və mövcud ehtiyaclarına uyğunlaşdırılıb. Bu şərtlərə əsasən, hər hansı bir halda Ermənistan vətəndaşlarını təmsil etməyəcək olan Təhlükəsizlik Şurasının üzvü olmağın heç bir əhəmiyyəti yoxdur. Bu orqanlar erməni vətəndaşlarını dövlət hakimiyyətinin formalaşmasında iştirak etmək imkanından məhrum edir. Bu şərtlərə əsasən, hər hansı bir halda Ermənistan vətəndaşlarını təmsil etməyəcək olan Təhlükəsizlik Şurasının üzvü olmağın heç bir əhəmiyyəti yoxdur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“ArmenianReport”: “Kreml Paşinyanla döyüşə başlayır”
19.08.2018
“İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
18.08.2018
Stepan Qriqoryan: “Koçaryan siyasətə öz iradəsi ilə qayıtmır”
17.08.2018
Vardan Bostanjyan: “Ermənistanda iqtisadi siyasət yoxdur”
17.08.2018
Sabiq erməni baş nazirin qızının evində axtarış

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9909

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info