“Ermənistanda vəziyyət heç vaxt indiki qədər ağır olmayıb”
Tarix: 13.03.2018 | Saat: 20:14:00 | E-mail | Çapa göndər
“Biz heç bir halda Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə imkan verməyəcəyik. Bu ölkə, onun rəhbərlik etdiyi cinayətkar qruplaşmadan kifayət qədər zərbə alıb. Bunun qarşısını almalayıq”. Bunu “Ermənistan naminə” təşkilatının İrəvanın mərkəzi meydanında keçirdiyi mitinqdə “İrs” partiyasının sədri Armen Martirosyan deyib. O bildirib ki, aksiya Serj Sarkisyanın baş nazir olmaq iddiasına qarşı yönəlib:” Ona görə də oturaq mitinqlər, yürüşlər istisna olunmur. Əgər aprelin 9-dan sonra “Respublika” partiyası Serj Sarkisyanın namizədliyini irəli sürərsə bu, ölkədə ciddi etiraz dalğası yaradacaq”. Sadə vətəndaşlar bildirirlər ki, əgər Sarkisyan baş nazir olarsa, ölkədən köç daha da sürətlənəcək, Ermənistan isə tamamilə məhv olacaq.
Mitinqə “Çıxış” blokundan da dəstək gəlib. Siyasi təşkilatın partlament fraksiyasının üzvü Ararat Mirzoyan və hüquq müdafiəçisi Artur Sakunts ölkəni iflasa uğradan höküməti sərt tənqid edib. Bildiriblər ki, Ermənistanda vəziyyət heç vaxt indiki qədər ağır olmayıb. Ölkənin pul ehtiyatları tükənib, xarici borclar artıb, ümumdaxili məhsul istehsalı dəfələrlə aşağı düşüb, işsizlik isə pik həddədir. Ona görə də Ermənistanı bu vəziyyətə salan hökuməti devirməkdən başqa yol yoxdur. “Rejimin əbədiləşdirilməsinə qarşı” adlı etiraz aksiyaları həmçinin Strasburq, Loc-Anceles və Parisdə də keçirilir. İrəvanda isə növbəti mitinq martın 16-na nəzərdə tutulub.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
İbrahimbəyov özü qazdığı quyuya necə düşdü...
24.05.2018
“Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var”
24.05.2018
: “Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm”
24.05.2018
“Avropa şirkətləri İrandan getməli olacaq“
24.05.2018
“Avropa İrana qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info