“Azərbaycan gənci demokratik, hüquqi, unitar, dünyəvi dövlətdə, sivil cəmiyyətdə yaşayır”
Tarix: 14.03.2018 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Sevda Sultanova: “Bu gün dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi, gənclərin də hərtərəfli yararlanmasına şərait yaradılır”

Ölkəmiz inkişaf etdikcə, Azərbaycan gəncliyi də inkişaf edir, gənclərimiz onlar üçün yaradılan münbit şəraitdən aktiv şəkildə yararlanırlar. Bu səbəbdən də artıq gənclərimiz, tələbəliyin ilk illərindən ictimai-siyasi proseslərdə aktiv şəkildə iştirak edirlər və öz adlarından söz açdıra bilirlər. Belə fəal tələbələrdən biri də Sevda Sultanovadır. Onunla söhbətləşib ölkədə gənclər üçün yaradılan şərait və digər məsələlər barədə müsahibə hazırladıq:
- Özünüz haqqında məlumat verərdin.
- Mən Sevda Sultanova 1998-ci ilin oktyabrında Bakı şəhərində anadan olmuşam. 2005-2016-cı illərdə Heydər Əliyev adına liseydə təhsil almışam. Daha sonra qəbul imtahanında 608 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. Hazırda həmin universitetdə SABAH qruplarının mühasibat uçotu və audit ixtisası üzrə ali təhsil alıram. UNEC-i seçməyimin dəqiq səbəbi yoxdur, amma həmişə əsas korpusun önündən keçdikdə valideynlərimə “mən burda oxuyacam”, deyirdim və elə də oldu.
- Tələbəlik həyatının hansı müsbət yönlərini qeyd edərdiniz?
- Mənim fikrimcə, tələbəlik həyatının özəlliyi fəallıq və biraz da azadlıqdır. Bir tələbənin həyatı nə qədər fəal və azad keçərsə, bir o qədər maraqlı və yaddaqalan olacaq. Müəllimlərimdən və universitetimizdən razıyam.Bütün müəllimləri tanımasam da, öz müəllimlərimi bəyənirəm. Hamısı olmasa da, əksəriyyəti xoş xasiyyətli, mehriban və ən əsası da çox savadlıdırlar. UNEC SABAH qrupları müəllimlərinə görə digərlərindən fərqlənir və düşünürəm ki, ən xoş sözlərə layiqdirlər.
- Təhsil almaqla yanaşı, ictimai işlərə da vaxt ayıra bilirsinizmi? Tədbirlərdə, layihələrdə aktivlik göstərirsinizmi?
- İctimai işlərdə, adətən, əlimdən gəldiyi qədər aktiv olmağa çalışıram və təhsilimlə yanaşı, ictimai işlərə də kifayət qədər vaxt ayıra bildiyimi düşünürəm. Liderlik məktəbinin iştirakçısıyam. Liderlik məktəbinə seçildiyimi öyrəndiyimdə çox sevinmişdim. Orada vaxt bir göz qırpımında keçirdi. Qayıdacağımız gün yaxınlaşdıqda hiss edirdim ki, o mühit üçün çox darıxacam. İstər möhtəşəm komandamız olan İstiqlal komandası üçün, istər təşkilat komitəsinin mehriban üzvləri üçün, istərsə də digər komandalardan olan dostlarım üçün darıxacam. Liderlik məktəbi AXC-nin 100 illiyinə həsr edildiyinə görə komandalar İstiqlal, Gənclər Yurdu, Qurtuluş və Azərbaycan adlandırılmışdı. Hər komandanın güclü və zəif tərəfləri olduğu kimi, hər birinin özünəməxsus xüsusiyyətləri var idi. Həyatımın ən maraqlı 1 həftəsini keçirdiyimi tam əminliklə deyə bilərəm. Bu gözəllikləri bizə yaşatdıqları üçün ATGTİ ailəsinə dərin minnətdarlığımı bildirirəm.
- Azərbaycan gəncliyinin hazırkı durumu sizi qane edirmi?
- Məncə,gənclərimizin durumu qənaətbəxşdir. Bu gün xeyli sayda istedadlı, yaradıcı gənci öz ətrafımda görürəmsə, bu o deməkdir ki, mövzu haqda optimist düşünməyə dəyər. Minlərlə misallar çəkmək olar ki, hamısı da Azərbaycan gənclərinin uğurlarını əks etdirir. Azərbaycan gənclərinin həyatında baş verən inkişaf və tərəqqi göz önündədir. Bunu danmaq olmaz. Amma problemlər də var təbii ki.Hansı sahədə problemlər yoxdur ki? Problemlər olmasa, inkişaf olmaz... Amma gəncliyimizin inkişafı daha çox göz önünə gəlir. Bu inkişaf da həm dövlət dəstəyi nəticəsində, həm də gənclərin özləri üzərində işləməsi nəticəsində baş verib.İstəsək daha da çox inkişaf edib, cəmiyyətimizi daha yaxşı tanıyıb, daha yaxşı təmsil edə bilərik. Bu gün Azərbaycan gənci demokratik, hüquqi, unitar, dünyəvi dövlətdə, sivil cəmiyyətdə yaşayır. Gənclər onlar üçün yaradılan şəraitdən maksimum şəkildə istifadə edə bilərlər. Gənclərimiz xaricdə təhsil ala bilirlər, beynəlxalq arenada müxtəlif seminarlarda, konfranslarda iştirak və çıxış edirlər. Onlar gündəlik həyatlarında dövlətin onlara göstərdiyi qayğını hiss edirlər. Azərbaycan gəncliyi vətən sevgisi ilə, vətənin inkişaf etdirilməsi arzusu ilə yaşayır. Gənclərimizə məsləhətim odur ki, həyatlarını təkcə elm və ya təkcə təhsilə ayırmasınlar. Hər bir fəaliyyət üçün müəyyən vaxt ayrılmalı və onlar birgə icra olunmalıdır. ATGTİ-nin bu cür bir çox layihələri vardır, məsləhətim odur ki, bu layihələrdən faydalansınlar. Asudə vaxtlarını bizim kimi həm əyləncəli, həm də yeni biliklər öyrənərək keçirsinlər.
- Gənclərin inkişafında gənclər təşkilatları, həyata keçirilən layihələrin rolu olurmu?
-Əlbəttə, bütün bunlar zatən gənclərin özünü inkişaf etdirməsinə hesablanmış addımlardır. Hazırda, bildiyiniz kimi, ölkədə yüzlərlə gənclər təşkilatı, ali məktəblərdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. Bakıda Gənclər Mərkəzinin, regionlarda isə “Gənclər Evi”nin inşa edilməsi üçün müvafiq addımlar atılır. Artıq xeyli rayonda gənclər evləri fəaliyyət göstərir. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasınısürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib desək, yanılmarıq. Gənclərlə bağlıdövlət proqramlarını da unutmamalıyıq.Bu proqramın uğurlu icrasından sonra gənclərimizlə bağlı xeyli layihələrin şahidi olduq. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradıldı və bu da düzgün addım idi. Ümumiyyətlə,dövlət proqramlarının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək idi, məncə, buna da nail olundu. Qısası, bu gün dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradılır.Bu gün digər bir məsələ də diqqətimi çəkir ki, bu da tələbələr arasında könüllülük fəaliyyətinin olduqca aktual olmasıdır. Mənim fikrimcə, bu çox gözəl bir fəaliyyətdir. Tələbələrin könüllülüklə, ictimai fəaliyyətlərlə məşqul olması onların bir çox çətin vəziyyətlərdən çıxış yolu tapmaq bacarıqları artacaq, ətraf nüfuzları genişlənəcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info