Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünya mediasında
Tarix: 13.03.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
“Embassy Brasilia”: “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əzəli ərazisi olan Qarabağın bütün mədəni və maddi irsi məhv edilib”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlar dünya mətbuatında geniş işıqlandırılır.

İtaliyanın “PeriodicoItalianoMagazine” jurnalında Xocalı soyqırımı barədə məqalə dərc olunub
İtaliyanın “PeriodicoItalianoMagazine” jurnalında DomenikoLetisiyanın “Dürdanə Ağayevanın faciəvi hadisələrə şahidliyi və ədalət uğrunda mübarizə” adlı məqaləsi dərc olunub.Məqalədə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş, bəşər tarixinin ən qanlı qırğınlarından biri olan Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevadan və onun Xocalıdakı erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması işinə töhfəsindən bəhs olunur. Müəllif D.Ağayevanın hazırda Qafqazda və dünyada sülhün bərqərar olması uğrunda mübarizə aparan fəal olduğunu, Xocalı soyqırımından sağ çıxmış insanlar üçün ədalətin bərpa edilməsi, soyqırımı qurbanlarına psixoloji dəstək vasitəsilə gələcək üçün ümid və qüvvə tapmaqda yardım göstərilməsi ilə bağlı bütün gücü ilə çalışdığını, həmçinin bir çox siyasi şərhçilərin azərbaycanlılara qarşı törədilmiş əsl soyqırımı kimi səciyyələndirdiyi bu faciənin unudulmamasıüçün səy göstərdiyini vurğulayır.Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində aralarında 106 qadın və 63 uşaq olan 613 nəfər mülki şəxsi qətlə yetirdiyi, 25 uşağın hər iki valideynini itirdiyi və 8 ailənin tamamilə məhv edildiyi bildirilir. Həmin dəhşətli gecədən sağ çıxmış D.Ağayevanın Xocalı soyqırımı zamanı yaşadığı ağır hadisələr və bu hadisələrin onda buraxdığı psixoloji zərbələrə dair Qərb mətbuatına verdiyi müsahibədən sitatlar gətirilir. Qeyd olunur ki, D.Ağayeva müsahibəsində Ermənistan qoşunlarının Xocalıda bəşəriyyətin ən dəhşətli kütləvi qırğınlarından birini törədərkən cəmi 20 yaşı olduğunu və erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü, əsirlikdə çox təhqiramiz işgəncələrə məruz qaldığını, hətta əsirlikdən xilas olduqdan sonra da uzun müddət psixoloji sarsıntı keçirdiyini bildirib. O, müsəlman qadını kimi erməni əsirliyində olarkən məruz qaldığı işgəncə və alçalma halları barədə ictimaiyyətə bir söz deyə bilmədiyi üçün ürəkağrısı çəkdiyini, lakin sonradan başına gətirilən müsibətləri bölüşməklə rahatlıq və şəfa tapacağını anladığını bildirib, 2015-ci ildən Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya daha geniş çatdırılması istiqamətində fəaliyyətə başladığını vurğulayıb.
Məqalədə ilk dəfə olaraq D.Ağayevanın Xocalı qırğını barədə fikirlərini bölüşmək üçün Los-Ancelesdə yəhudi icmasının liderləri və üzvləri ilə görüşdüyü bildirilir. Müəllif Holokost və Xocalı soyqırımı arasında paralellik aparır.
Müəllif Dürdanə Ağayevanın məruz qaldığı ağrı-acıları psixoloji dəstək sayəsində aşaraq, öz əhvalatlarını bölüşməsini müharibə və faciə qurbanları olan digər qadınların psixoloji sarsıntılardan azad olaraq yenidən normal həyata qayıtmaları üçün stimul hesab edir və bu xüsusda onun aşağıdakı sözlərinə istinad edərək müharibə qurbanları olan qadınların sülh carçılarına çevrildiklərini vurğulayır: “Mən əvvəl düşünürdüm ki, başıma gələnləri heç vaxt bölüşə bilmərəm, lakin indi anlayıram ki, bunları ictimaiyyətə açıqlamaqla mən böyük bir hərəkatın yaradıcısına çevrilirəm və yalnız özümə deyil, bütün dünyaya şəfa tapmaqda kömək edirəm. Mən digər sağ qalanların, dünyada nifrət və zülm görmüş bütün insanların vahid bir cəbhədə birləşməsinə ümid edirəm”.
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
Braziliyanın nüfuzlu “EmbassyBrasilia” jurnalının internet səhifəsində Parana Federal Universitetinin siyasi elmlər üzrə magistri, Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis Joao Rikardo Guilherme Zimmer Xavierin portuqal və ingilis dillərində “26 illik faciə” (26 years of a tragedy) sərlövhəli məqaləsi yerləşdirilib.Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər çərçivəsində dərc olunan məqalədə 26 il əvvəl Xocalıda erməni quldurları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş etnik təmizləmə, soyqırımı nəticəsində 613 dinc sakinin, o cümlədən qadın, uşaq və qocaların qətlə yetirildiyi bildirilib. Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əzəli ərazisi olan Qarabağın bütün mədəni və maddi irsi məhv edilib.İşğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymayaraq Azərbaycanın ərazilərini hələ də azad etmədiyi diqqətə çatdırılıb. Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalının ağır nəticələrinin ətraflı qeyd edildiyi məqalədə, həmçinin “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə də ətraflı məlumat verilib.
Bundan başqa, Braziliyada nəşr edilən “CorreioBraziliense” qəzetinin 5 mart nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovun “Lembrando o conflitoKhojaly” sərlövhəli məqaləsi də dərc edilib. Məqalə Xocalı soyqırımı, eləcə də azərbaycanlılara qarşı törədilmiş digər qanlı cinayətlər, o cümlədən günahsız insanların amansızcasına qətlə yetirilməsi barədə faktlar diqqətə çatdırılıb. Yazıda, həmçinin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə əməl etməyən Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu hələ də işğal altında saxladığı, işğalçı ölkənin kriminal rəhbərliyinin danışıqlar prosesində destruktiv mövqe tutması nəticəsində münaqişənin həllinin mümkün olmadığı qeyd edilib. Yazıda “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulmaq barədə oxuculara çağırış ünvanlanıb.
Qeyd edək ki, hər iki mətbu orqan Braziliyanın aparıcı KİV-lərindəndir və geniş oxucu kütləsinə malikdir.

Tsereteli: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir
Yeri gəlmişkən, qeyd edək ki, Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri GeorgiTsereteli jurnalistlərə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir. O qeyd edib ki, ATƏT regionda bütün münaqişələrin həllinə fəal cəlb olunub: “Parlament Assambleyası üçün və ATƏT-in özü üçün vacib və prioritet rollardan biri münaqişələrin nizamlanması və sülh yolu ilə həllində iştirakdır. Biz açıq şəkildə bəyan edirik: təəssüf ki, bir çox istiqamətlərdə, ilk növbədə həlli uzanmış münaqişələr məsələsində çatışmazlıqlar, nöqsanlar mövcuddur. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, şübhəsiz ki, biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bununla belə, əldə etmək istədiyimiz digər aydın nəticələr də var. Lakin prosesin iştirakçıları arasında tənqidin olması və müsbət olmayan münasibətlərə rəğmən, nizamlanmanın digər mexanizmi yoxdur. Münaqişənin sülh yolu ilə həlli - bu bizim ən əsas məqsədimizdir".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
“Dağlıq Qarabağ münaqişəsi başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi özünü açıq-aşkar göstərirdi”
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
21.05.2018
“Laçının işğalı Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info