Tramp Tillersonu vəzifəsindən uzaqlaşdırdı: “İran məsələsində razılığa gələ bilmədik”
Tarix: 14.03.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Donald Tramp Reks Tillersonun dövlət katibi postundan istefaya göndərildiyini elan edib. Onun yerini Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo tutacaq. Donald Tramp Tillersona təşəkkürünü bildirib və Pompeonun yeni vəzifədə “fantastik işlər görəcəyinə” ümidvar olduğunu ifadə edib. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna isə bundan əvvəl Pompeonun müavini olan Cina Haspel təyin ediləcək. O, ABŞ tarixində bu vəzifəni tutacaq ilk qadın olacaq. Xatırladaq ki, Reks Tillerson ötən ilin fevral ayından Dövlət Departamentinə rəhbərlik edirdi. Tramp Tillersonu dövlət katibi vəzifəsindən uzaqlaşdırmasının səbəbini açıqlayıb: "Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədik". O bu qərarı təkbaşına verdiyi bildirib: “Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info