2 ayda 27 530 nəfər işsiz münasib işlə təmin olunub
Tarix: 14.03.2018 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Səlim Müslüomov: “Cari ildə özünüməşğulluq fəaliyyəti üçün müvafiq potensialları olan şəxslərdən artıq 2 min nəfərə yaxını təlim kurslarına cəlb olunublar”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinə və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təlim səfərlərinin nəticələrinə dair “Məlumat mübadiləsi saatı” keçirilib. 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılmasının ölkə başçısının sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də aktiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilir. Bu tədbirlərin davamı olaraq, cari ilin yanvar-fevral aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 27 530 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub. Həmçinin Nazirlik tərəfindən 473 nəfər (Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 443 nəfər, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 30 nəfər) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Həmçinin son iki ayda 28 419 nəfər gənc əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimlərinə köməklik göstərilməsi üçün peşəyönümü tədbirlərinə cəlb edilib”.
İl ərzində 6-7 min kiçik ailə təsərrüfatının yaradılması planlaşdırılıb
Nazir diqqətə çatdırıb ki, aztəminatlı ailələrin yoxsulluqdan çıxışına və kiçik ailə biznesinə keçidinə imkan verən özünüməşğulluq proqramının icrası işləri də bu il daha geniş müstəvidə davam etdirilir: “Cari ildə proqramda iştirak etmək üçün müraciət edən, özünüməşğulluq fəaliyyəti üçün müvafiq potensialları olan şəxslərdən artıq 2 min nəfərə yaxını kiçik biznesin təşkili və idarə olunması üzrə zəruri biliklərə yiyələnmələri məqsədilə təlim kurslarına cəlb olunublar. Bu kursların təşkili işləri davam edəcək. Kursları bitirənlərdən qiymətləndirmə əsasında uğurlu biznes-planlara malik olanlar müəyyən edilməklə onlar kiçik ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar. İl ərzində proqram çərçivəsində 6-7 min kiçik ailə təsərrüfatının yaradılması planlaşdırılıb”.

Nazirlik tərəfindən 473 nəfər (Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 443 nəfər, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 30 nəfər) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Həmçinin son iki ayda 28 419 nəfər gənc əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimlərinə köməklik göstərilməsi üçün peşəyönümü tədbirlərinə cəlb edilib


S.Müslümov aktiv məşğulluq tədbirlərinin təşkilində beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələrin də əhəmiyyətini vurğulayıb: “Məlum olduğu kimi, gənclərin əmək bazarına inteqrasiyasında onların müasir iş axtarışı bacarıqlarına malik olmaları vacib amillərdən biridir. BMT İnkişaf Proqramı ilə birgə icra etdiyimiz “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi bu sahədə fəal dəstək rolunu oynayır. Layihə ilk dəfə işaxtaran ali təhsilli gənclərə qabaqcıl beynəlxalq təcrübədən irəli gələn SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə sınanmış iş axtarışı bacarıqlarının aşılanması məqsədinə xidmət edir. Bu layihə çərçivəsində ötən dövrdə Bakı, Sumqayıt, Masallı və Gəncə şəhərlərində fəaliyyət göstərən SYSLAB Təlim Mərkəzlərində ümumilikdə 640 nəfər gənc təlimlərə cəlb olunub və öyrədilən müasir iş axtarışı bacarıqları sayəsində onlardan 85 faizi müxtəlif müəssisələrdə münasib iş yeri ilə təmin ediliblər. Bu ilin əvvəlindən qeyd olunan layihənin müddəti uzadılıb, Masallı və Gəncə şəhərlərində SYSLAB Təlim Mərkəzləri fəaliyyətini davam etdirir, digər bir sıra regionlarda da belə Mərkəzlərin təşkili nəzərdə tutulur”.
Keçən il özünüməşğulluq proqramında iştirak edənlərin 303 nəfərini və ya 25,2 faizini gənclər təşkil edib
Ümumilikdə gənclərin məşğulluğunun təminatının diqqətdə saxlandığını qeyd edən Səlim Müslümov ötən il və cari ilin iki ayında nazirliyin xətti ilə münasib işlərlə təmin olunanlardan 33,3 faizinin, peşə hazırlığı təşkil olunanlardan 60 faizə yaxın hissəsinin gənclər olduqlarını bildirib: “Eyni zamanda, keçən il özünüməşğulluq proqramında iştirak edənlərin 303 nəfərini və ya 25,2 faizini gənclər təşkil edib. Bu il də proqram iştirakçılarından təqribən 30 faizinin gənclərdən ibarət olması nəzərdə tutulub”.
Nazir bildirib ki, son illərdə aparılan islahatların əsas hədəflərindən biri də dövlət məşğulluq xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi, bu xidmətlərin müasir dünya praktikasında mövcud olan modern üsullar əsasında qurulmaqla səmərəliliyinin və əmək bazarında rolunun artırılmasıdır: “Bu sahədə “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi xüsusi önəm kəsb edir. Qeyd olunan məqsədə nail olunmasında, məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün institusional əsasların formalaşdırılmasında bu layihə öz dəstəyini göstərir. Həmin layihə eyni zamanda müvafiq sahədə qabaqcıl Avropa təcrübəsi ilə yaxından tanışlığa, bununla bağlı təlim səfərlərinin təşkilinə də imkan yaradıb. Bu günlərdə layihə çərçivəsində nazirliyin əməkdaşlarının Litva, Avstriya və İsveçə də təlim səfərləri həyata keçirilib”.
S.Müslümov hazırda keçirilən bu tədbirin həm “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə aparılan işlər və gələcək hədəflər, həm də qeyd olunan tvinninq layihəsi üzrə təlim səfərlərinin yekunları, səfərlər zamanı əldə olunan təcrübələr barədə məlumat mübadiləsinə imkan verdiyini qeyd edib.
Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə görülən işlərə dair təqdimatla çıxış edib. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva nazirliyin nümayəndələrinin “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində Litva, Avstriya və İsveçə təlim səfərlərinin nəticələri, həmin ölkələrdə həyata keçirilən məşğulluq siyasəti və xidmətləri barədə məlumat verib. 
Təqdim olunan məlumatlar əsasında müzakirələr aparılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info