“AccessBank“dan təqdirəlayiq addım
Tarix: 14.03.2018 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Martın 13-də UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "İnnovasiyalı iqtisadiyyatın inkişafı və perspektivləri" mövzusunda tələbə elmi konfransı keçirilib.
 
Tədbiri giriş sözü ilə açan UNEC-in "İqtisadiyyat" fakültəsinin dekanı Asiman Quliyev bildirib ki, tədbir çərçivəsində 70-dək tələbənin elmi-tədqiqat işləri təqdim olunacaq. AccessBank bu işlərin çap olunmasını öz üzərinə götürüb. Fakültə rəhbərinin sözlərinə görə, UNEC təcrübəsində ilk dəfə olaraq tələbələrin elmi-tədqiqat işləri bir biznes strukturunun maliyyə vəsaiti hesabına çap edilir: "AccessBank-ın təşəbbüsünü yüksək qiymətləndirirəm və dəstək üçün təşəkkür edirəm. Bu addım biznesin digər nümayəndələrinə də mesaj olmalıdır. Bu, onu göstərir ki, biznes elmə yönəlib. Ümid edirəm ki, bu cür tədbirlər davamlı olacaq".
 
Daha sonra çıxış edən UNEC-in prorektoru Səadət Qəndilova tələbələri aktivliyə səsləyib: "Tələbələr elmə maksimum bağlı olmalıdır. Bu halda biz də arxayın ola bilərik ki, estafeti əmin əllərə ötürəcəyik". AccessBank-a dəstək üçün minnətdarlığını bildirən prorektor ikitərəfli əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
 
AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova bildirib ki, bank layihəyə böyük məmnuniyyətlə qoşulub: "Hər bir nəsil öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Bu baxıman UNEC tərəfindən Cümhuriyyət İlinin 100 illiyi və Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bu tədbir çox önəmlidir. Bank olaraq  Korporativ Sosial Məsuliyyət siyasətimizə olduqca böyük önəm vermişik. Cəmiyyətə faydalı olmaq bizim əsas prinsiplərimizdəndir. Təhsil sahəsi bu il sosial layihələrimizin əsas prioritetlərindən biri olacaq. Çünki insan kapitalına qoyulan investisiya daha gözəl gələcəyə investisiya etmək deməkdir. Bu layihələr çərçivəsində tələbələrlə görüşlərə xüsusi diqqət yetirəcəyik. Fevral ayında artıq biz UNEC-də ilk görüşümüzü “Açıq dərs” formatında keçirdik və çox uğurlu alındı".
 
Daha sonra tədbir elmi-tədqiqat işlərinin təqdimatı ilə davam edib. Təqdimatlardan sonra bir neçə bölmədən müvafiq olaraq I, II və III yerləri tutan 25 tələbə mükafatlandırılıb. Onlara UNEC tərəfindən sertifikatlar və AccessBank tərəfindən N. Qreqori Mənkyunun "Ekonomiskin əsasları" kitabı hədiyyə olunub. Bununla yanaşı, AccessBank fiziki məhdudiyyəti olan 6 tələbəyə xüsusi hədiyyələr təqdim edib.
 
Həmçinin, konfransdakı hər bir tələbəyə iştirak sertifikatı verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info