ABŞ-da kosmik qoşunlar yaradıla bilər
Tarix: 14.03.2018 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Donald Tramp ölkədə yeni qoşun növünün – kosmik qoşunların yaradıla biləcəyini bəyan edib. Donald Tramp əvvəlcə bu ideyaya ciddi yanaşmadığını, sonradan isə onun əla ideya olduğu qənaətinə gəldiyini deyib. “Mənim kosmos barədə yeni milli strategiyam yerdə, havada və suda olduğu kimi, kosmik fəzada da hərbi əməliyyatların aparıla biləcəyini qəbul edir”, - deyə ABŞ lideri bildirib. Fevral ayının sonlarında ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi Devid Qoldfeyn bir neçə ildən sonra kosmosda müharibənin real ola biləcəyini vurğulayıb. Onun fikrincə, Birləşmiş Ştatlar kosmik fəzada üstünlüyü ələ almalıdır. Devid Qoldfeyn əlavə edib ki, ABŞ-ın zərbə gücünün artırılması üçün havada, yerdə, dənizdə, kibersahədə və kosmosda kəşfiyyatı və kommunikasiya imkanlarını inteqrasiya etmək lazımdır. Bir qədər əvvəl Pentaqon və Hərbi Hava Qüvvələrinin nümayəndələri yeni qoşun növünün yaradılmasına qarşı çıxış etmişdilər. Onların nəzər nöqtəsinə görə, mümkün qazanclar miqyaslı təşkilati dəyişikliklər müqabilində özünü doğrultmur. Digər böyük dövlətlər kimi, Birləşmiş Ştatlar da müxtəlif kosmik hücum və müdafiə sistemlərini inkişaf etdirir. ABŞ-da hərbi peyklər və ehtimal olunan peyk əleyhinə hərbi potensialdan əlavə, məxfi saxlanılan pilotsuz kosmik təyyarələr də mövcuddur. “Space News” saytının məlumatına əsasən, ABŞ Hərbi Hava Qüvvələrinin bu il kosmik proqramlara ayırdığı büdcə 7,75 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Gələn il həmin xərclərin 8,5 milyard dollara çatdırılması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info