“Soyqırımları ilə bağlı sənədləri beynəlxalq aləmə təqdim etmək lazımdır”
Tarix: 14.03.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Ombudsman: “İstər Xocalı soyqırımı, istərsə də 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı beynəlxalq aləm tərəfindən tanınmalıdır”

Azərbaycan torpaqlarını ələ keçirmək istəyən erməni işğalçıları hələ qədimdən başlayaraq bu istiqamətdə niyyətlərini gerçəkləşdirməyə çalışıblar. Təcavüz nəticəsində ermənilər azərbaycanlılara qarşı soyqırımları, kütləvi qırğınlar törədiblər.

“Azərbaycana göstərilən dəstəklərin sayının artması Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının çatdığını göstərir”
Ombudsman Aparatında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə birgə təşkil edilən konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxışı zamanı bildirib ki, Böyük Ermənistan dövlətinin yaradılması ideyası bu gün də davam etdirilir. Onun sözlərinə görə, beynəlxalq tələblərə əhəmiyyət verməyən Ermənistan təcavüzü davam etdirir: “Ümid edirəm ki, beynəlxalq aləm bunlara reaksiya verəcək və bu təcavüz yekunlaşacaq. İstər Xocalı soyqırımı, istərsə də 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı beynəlxalq aləm tərəfindən tanınmalıdır". E.Süleymanova qeyd edib ki, son illərdə beynəlxalq birlik tərəfindən Azərbaycana göstərilən dəstəklərin sayının artması Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının çatdığını göstərir. 1918-ci il soyqırımının Azərbaycanın tarixinə qanlı səhifə kimi düşdüyünü deyən ombudsmanın sözlərinə görə, cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti, azərbaycanlılara qarşı törədilən soyqırımları ilə bağlı sənədləri beynəlxalq aləmə təqdim etmək lazımdır.
Hərbi Prokurorluq: İşğal nəticəsində Azərbaycana dəymiş maddi ziyan 818 milyard ABŞ dollarından çoxdur
Konfransda çıxış edən Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə kompleks məhkəmə ekspertizası təyin edilib. İlkin hesablamalara görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir. O bildirib ki, bu günə qədər sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanis-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib: "Onlar barəsində həbs qətimkan tədbiri seçilib. Axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim olunub".
Şöbə rəisi qeyd edib ki, istintaq zamanı işlər üzrə ümumilikdə 75 mindən artıq istintaq hərəkəti icra edilib: "Onlardan 25 min nəfərə yaxın şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaqla, 6 min nəfərə yaxın şəxs isə şahid qismində dindirilib. 18 236 nəfər mülki iddiaçı qismində tanınıb. 1000-dən artıq müxtəlif növ ekspertizalar keçirilib. Hazırda qeyd edilən cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi işi davam etdirilir".

“1918-ci ildə təkcə Bakıda ermənilərin 30 min azərbaycanlını qətlə yetirilib”

Milli Məclisin deputatı Elman Nəsirov "Azərbaycanlılara qarşı ermənilərin tarixən yürütdüyü soyqırımı siyasəti" mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili qeyd edib ki, tarixi Azərbaycan torpaqlarının ərazisi 1828-ci ilə kimi 410 min kvadrat kilometr olub: "Türkmənçay müqaviləsindən sonra 280 min kvadrat kilometr İrana, 130 min kvadrat kilometr ərazi isə çar Rusiyasının tərkibinə qatıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bizim ərazimiz 114 min kvadrat kilometr təşkil edirdi. Bunun da 9 min kvadrat kilometri Ermənistana, 7 min kvadrat kilometri isə Rusiyaya verildi. Müstəqil Azərbaycanın ərazisi 86,6 min kvadrat kilometrdir ki, onun da 17 min kvadrat kilometri Ermənistan tərəfindən işğal edilib. Gələcəkdə başımıza belə dəhşətlərin gəlməməsi üçün bu hadisələrdən ibrət dərsi götürməliyik. Bu məsələlərdə etdiyimiz səhvləri də etiraf etməliyik. Biz düşmənimizin kim olduğunu, bizə zərbənin haradan gəldiyini də çox yaxşı bilirik". E. Nəsirov 1918-ci ildə təkcə Bakıda ermənilərin 30 min azərbaycanlını qətlə yetirdiyini diqqətə çatdırıb.

“Ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkədir”

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımları, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımları nəticəsində on minlərlə dinc azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin mart ayından etibarən azərbaycanlı əhali erməni millətçiləri tərəfindən yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb. Azərbaycanlıların soyqırımı, əsasən, Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, 7 min nəfər öldürülüb. Erməniləri Azərbaycan ərazisinə köçürən qüvvələrin hər zaman onları müdafiə etdiyini deyən Y.Mahmudov tarixdə ermənilərə qarşı soyqırımının olmadığını, lakin ermənilər tərəfindən dəfələrlə soyqırımının törədildiyini söyləyib. Ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkədir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib. Lakin ona hələ də beynəlxalq səviyyədə tam qiymət verilməyib. Tarix İnstitutunun direktoru vurğulayıb ki, Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.
Tədbir çərçivəsində 31 mart soyqırımı ilə bağlı kitab sərgisi nümayiş olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq yolunu seçib”
13.06.2018
Həmsədrlər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə vəd veriblər?
12.06.2018
“Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“
11.06.2018
“Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb”
08.06.2018
“Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapmışdır”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info