Sona Vəliyevanın bir neçə şeiri haqqında...
Tarix: 15.03.2018 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Dolan buludam, Allah,
Yağsam Günəş çıxacaq.
Yüküm ağır, yolum uzun,
Bilməm, harda dayanacaq.

(Sona Vəliyeva)

Ədəbiyyat tarixinə ekskursiya etsək şahidi olarıq ki, qadın şairlərə əsrlər boyu çox az-az rast gəlinib. Zamanın sərt buxovları qadın şairlərimizə yaradıcılıqla məşğul olmağa imkan verməyib və onların zəngin irsi bizlərə gəlib çatmayıb. Ötən yüzilliyin üstün cəhətlərindən biri də ədəbiyyatımıza yeni-yeni qadın şairlərin imzasının daxil olmasıdır. Şübhəsiz ki, bu imzalar ədəbiyyat insanlarını sevindirərək bütöv ədəbiyyatın inkişafına təkan verir. Mütəqillik dövründə qadın şairlərin yaradıcılığı daha da genişlənərək printer məhsullarında oxucuların ixtiyarına verilir.
Modernizm, postmodernizm kimi ədəbiyyata daxil olan yeni terminlər günümüzdə ədəbiyyat insalarının yaradıcılığına ciddi təsir edir. Klassik ənənədən uzaqlaşaraq modernizm, postmodernizm kimi yeni baxışda yaradıcılıq yoluna başlayan insanlar çoxalıb. Ancaq tarix bizə sübut edir ki, klassik ənənədə yazıb-yaradan insanlar daha çox xalq tərəfindən sevilir və ədəbiyyatda yaşayırlar.
Bu gün qadın şairlərdən ənənəvi şeir formasının bütün janrlarında yazan və şeirlərində klassik şeirin əksər qızıl qanunlarını qoruyan Sona Vəliyevanın yaradıcılığı ədəbi-tənqidçilər üçün diqqət cəlb edir. Şübhəsiz ki, bu qızıl qanunları şeirlərində yaşatmaq şairdə yüksək ilham hisləri ilə yanaşı, dərin nəzəri biliklərin olmasını tələb edir. Sona Vəliyevanın aşağıdakı qoşmasına nəzər yetirək:

Bu torpaq yaralı anadır, Allah...
Bölünən, kəsilən başı, qolumu?
Zarıyan, sızlayan ana yanında
Övladlar, görəsən, xoşbəxt olurmu?

Öncə qoşmanın 1 və 3-cü bəndləri diqqəti cəlb edir. Qeyd olunan bəndlərdə qalın saitlərin ahəngi var. Bu cür şeir nümunələri şairin dərin biliyinin göstəricisidir. Dövrümüzdə belə şeir nümunələrinə az-az rast gəlinir. Şeirin 2-ci bəndində “bölünən, kəsilən” və 3-cü bəndindəki “zarıyan, sızlayan” sözləri ardıcıl ritmlilik yaradır. Şübhəsiz ki, bu da şeirin oxunaqlığını artırır və şairin filoloji təfəkkürünün yüksək olmasına xidmət edir.
Sona Vəliyeva yaradıcılığında klassik şeirin bu cür qızıl qanunlarına çoxt rast gəlmək olur. Şairənin aşağıdakı gərayılısına diqqət yetirək:

Kimisi bir hayla açdı,
Kimisi duayla açdı,
Kimi də ah-vayla açdı,
Kimsən, ay qapı bağlayan?

Şairənin yuxarıdakı gəraylısında olan poeziya dili gözəlliyi ilə seçilir. Fərdi üslubla Sona xanımın yazdığı bu gəraylısı nadir gəraylılardandır. Xüsusilə şeirin özünə baxarkən nəzəri qaydaların özü aydın hiss olunur. Gəraylıda ardıcıl “kim” sözünün işlədilməsi, “i” incə və “a” qalın saitinin çoxluğu müfəssəl şəkildə görünür.
Klassik şeirin qızıl qanunlarından biri də bir sözün bir neçə yerdə təkrarlanmasıdır. Şair üçün çətin olan belə şeir nümunələrinə Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabında rast gəlmək mümkündür. Aşağıdakı qoşmada qeyd etdiyimiz qaydanı görürük:

Ana köçüb, bacı köçüb bu kənddən,
Şərbət köçüb, acı köçüb bu kənddən.
Oğulların tacı köçüb bu kənddən,
Kimsə yoxdur ağı desin bu kəndə.

Sona xanımın “Arazbarı” şeiri də olduqca diqqətimi cəlb elədi. Şeir çox yüksək səviyyədə yazılıb. Burada işlənən bədii təsvir vasitələri olduqca maraqlıdır. Ədəbiyyatımızda belə şeir nümunələri olduqca az-az yaranır. Şeirin bədii təsvir vasitələri aşağıda verilib:

Arazbarı
Araz boyu bu nə köçdü?
Məndən, səndən, ondan keçdi.
Göz yaşını güllər biçdi, -metafora
Yarı bülbül, yarı xarı - -təşbeh
"Arazbarı".

Tarixlərin səsi, ünü,
Çay da haqsızlıq sürgünü. -təşbeh
Tanrı tikər körpüsünü,
Yarı dərd-qəm, yarı barı- -təşbeh
"Arazbarı".

Yollar düyün düşdü çəndə,
Özüm yetim öz içimdə... -metonimiya
Nə ağacdı bu biçimdə,
Meyvəsi ayrılıq dadır- -metonimiya
"Arazbarı".

Həm varındım, həm yoxundum,
Naxış - naxış hey toxundum, -metonimiya
Yazılmamışdan oxundum
Param-parça, yarı-yarı - -təşbeh
"Arazbarı".

Göyçə, Şuşa, Təbriz dərdi
Köhnəldikcə təzələndi.
Sönüb külümdən közərdi
Odum boyumdan yuxarı - -metafora
"Arazbarı".

Ara azsa, bu da kədər, -təşbeh
Yol bir addım, yol nə qədər?
Bu nə tale, bu nə qədər?
Harda qaldı bəhrə-barı -
"Arazbarı".

Yazılıram sətir-sətir,
Göy Tanrının, yer kimindir?
Məni başına döndərin
Araz adlı dərdli yarın - -metafora
"Arazbarı".

Yeddi səsdən, yeddi rəngdən
Hönkürdüm içimdə bərkdən.
Görünməyən göy dirəkdən
Qurulan hasarım, barım - -metonimiya
"Arazbarı".

"Şeyx Səfi" indi toxundu,
Yer oxundu, göy oxundu, -təşbeh
Qınından çıxan oxuydu -
Tuşlandı sinəmə sarı -metafora
"Arazbarı".

Ahım yandıracaq daşı, -metafora
Daşa dönən yar-yoldaşı, -metonimiya
Mən fələyin qarğanmışı,
Dərdim bütöv, torpaq yarı - -təzad
"Arazbarı".
Evim, ocağım Təbrizdi
Düyünü, yası mənsizdi, -təşbeh
"Qaragilə" kimsəsizdi,
Dərd çəkir ellərə sarı -
"Arazbarı".

Dolu başlar, bulud çağlar,
Göylər yerlə ülfət bağlar. -metonimiya
Araz üstə kimdir ağlar?
Yarı insan, yarı pəri - -təşbeh
"Arazbarı".

Daş-divarsız bəndim zülüm, -təşbeh
Boynumda kəməndim zülüm -təşbeh
Sümüyə dirəndi zülüm -metafora
Səndə hər sirrin açarı -
"Arazbarı".

"Arazbarı" şeiri təkrir kimi “Arazbarı” epiforası üzərində qurulmuşdur. “Arazbarı” muğamı şeirin obrazı olmaqla, müəllif Azərbaycan tarixinin kədərli anlarını şeirin ümumi mövzusunda lirik formada (Osmamlı-Qızılbaş savaşı) təqdim edir.
“Arazbarı” musiqi baxımından da minor səslənir və “Araz-bar” yurd, yəni iki türk dövlətinin baş-başa gəlməsi nəticəsində qanla suvarılan yurdun-torpağın ah-fəğanı əks olunur. Şeirdə işlədilən bədii təsvir vasitələri: bənzətmə, əlamət köçürmələri, metonimiyalar, eyni zamanda bədii ifadələr hadisəyə uyğun çox emosional, təsiredici, yerli-yerində işlədilmişdir.
Şeirin ümumi semantikası aşağıdakı anlamları önə gətirir: Boyük Alban dövlətinin tarixən xarici hücumlar və daxili əyalət müharibələri nəticəsində paramparça olması; sonralar Səfəvi (qızılbaşlar) dövlətinin təşəkkül tapması, qonşu qardaş türk dövlətinin hücumu ilə zəifləməsi kimi faciəli hadisələr sətiraltı düşüncələrdir.
Mahmud Əyyub
AAB-in üzvü




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
23.09.2018
Ağdam Dövlət Dram Teatrı yeni mövsümü “Aydın” tamaşası ilə açıb
23.09.2018
Azərbaycanın milli musiqi alətləri Fransa muzeyinə hədiyyə edilib
23.09.2018
Ceyms Bond haqqında növbəti filmi yapon əsilli kinorejissor çəkəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info