Anadolu Agentliyinin və TRT kanalının rəhbərləri Azərbaycanda
Tarix: 14.03.2018 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Razılaşdırılmış birgə informasiya siyasətinin yürüdülməsinin zəruriliyi diqqətə çatdırılıb
Türkiyənin Anadolu Agentliyinin və TRT televiziya kanalının rəhbərləri Azərbaycanda bir sıra görüşlər keçirir. Bu görüşlər çərçivəsində ilk olaraq agentliyin və televiziyanın rəhbərləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovla görüşüblər. Görüşdə ölkələrimiz arasında informasiya və təbliğat sahələrində birgə fəaliyyətin geniş aspektləri müzakirə olunub. Anadolu Agentliyi və TRT, o cümlədən Azərbaycanın rəsmi kütləvi informasiya vasitələri arasındakı əlaqələrdən, ayrı-ayrı hadisələrlə bağlı hər iki ölkəni təmsil edən kütləvi informasiya vasitələrinin birgə fəaliyyətindən söhbət açılıb, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycanda keçiriləcək prezident seçkiləri, o cümlədən Türkiyənin cəlb olunduğu regional münaqişələr, Afrin hadisələri, qardaş ölkədə yaşanan daxili proseslər, ictimai-siyasi hadisələr və digər məsələlərlə bağlı indiyə qədər olduğu kimi, gələcəkdə də razılaşdırılmış birgə informasiya siyasətinin yürüdülməsinin zəruriliyi diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdikləri tapşırıqlara müvafiq olaraq iki ölkəni təmsil edən rəsmi kütləvi informasiya vasitələrinin fəaliyyətinin əlaqələndirilməsi məsələsinin zəruriliyi vurğulanıb. Qeyd edək ki, Anadolu Agentliyi və TRT kanalının rəhbərlərinin Azərbaycana səfərinin məqsədi VI Qlobal Bakı Forumunda iştirak etməkdir. Onlar, eyni zamanda, bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşlər keçirəcəklər.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
“Kolokol Rossii”: Ermənistanın Paşinyan xəstəliyi
18.06.2018
Manvel Qriqoryanın əməlləri araşdırılmalıdır
16.06.2018
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında parlamentlərin böyük rolu var
15.06.2018
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü barədə məlumatlandırılıb
15.06.2018
“Ölkənin sərhəd mühafizəsi ən müasir səviyyəyə qaldırılıb”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info