Müxalifətin fəaliyyəti yalnız xaricdən maliyyə əldə etməyə hesablanıb
Tarix: 15.03.2018 | Saat: 18:03:00 | E-mail | Çapa göndər
Onlar antiazərbaycan dairələrin tapşırıqlarını yerinə yetirirlər

“Milli şura”nın Müsavat partiyası ilə birgə təşkil etdiyi 10 mart mitinqi bitsə də, müxalifətin mitinq eyforiyaları bitmir. Maraqlıdır ki, mitinq uğursuz təşkil olunsa da, aksiyaya yenə az adam gəlsə də, mitinq təşkilatçıları aksiyadan ağızdolusu danışır, çıxışlarını paylaşaraq özlərini hansısa xarici qüvvələrə göstərməyə çalışırlar. Məsələn, Gültəkin Hacıbəyli aksiyadakı çıxışı ilə bağlı videogörüntünü paylaşaraq yazır ki, guya, mitinq, beləcə, möhtəşəm alınıb. Halbuki onun çıxışı zamanı stadionda ağız deyəni qulaq eşitmirdi. Eləcə də Arif Hacılı olsun...
Görünür, bu səbəbdəndir ki, Arif Hacılı və Əli Kərimli qışqıra-qışqıra çıxışlar etdilər. Qısası, meydan daha onların meydanı deyil! İndi heç onların tərəfdarları belə, onlara qulaq asmaq üçün stadiona toplaşmırlar. Sadəcə, say çoxluğu olsun deyə, mitinqə gəlirlər. Axı nə qədər eyni sözləri, pafoslu çıxışları eşitmək olar? Sirr deyil ki, bu gün müxalifət adına iddia edən bu siyasətbazlar, əslində, müxalifliyi bir əqidə kimi görmürlər, xaricdəki Azərbaycan əleyhdarlarının, bəzi siyasi dairələrin şirnikləndirici təkliflərindən, maliyyələrindən yararlanmaq vasitəsi kimi görürlər. Kiçik bir xatırlatma edim ki, buna misal olaraq ölkəyə qrant, yardım gəlməsinə nəzarət güclənəndən sonra əli-qolu yanına düşən Əli Kərimli öz müavini Gözəl Bayramlını Gürcüstana göndərirdi. O da hər gediş-gəlişində gizlədilmiş xarici valyutaları öz rəhbərinə çatdırırmış. Nəticədə bir gün ilişdi... Bu gün də bu mitinqlər xaricdən maliyyə yardımlarının artırılmasına hesablanıb. Əks təqdirdə, Müsavat da öz düşməni ilə eyni masada oturmağa razı olmazdı. Axı ortada maliyyə məsələsi var... Ona görə də birləşib var gücləri ilə ölkəmizin beynəlxalq aləmdəki imicinə ləkə yaxmaq üçün min bir oyundan çıxırlar, mitinq təşkil edib ürəkbulandırıcı bəyanatlar səsləndirirlər, özlərini haqq-ədalət carçısı, fəaliyyətlərini isə, guya, hansısa “ali dəyərlər uğrunda mücadilə” nümunəsi kimi cəmiyyətə sırımaq istəyirlər. Məsələnin ən qəribə və təəssüf doğuran tərəfi odur ki, bu adamlar təkcə mitinqlərdə ölkəni gözdən salmağa hesablanmış bəyanatları, fəaliyyətləri ilə kifayətlənmirlər, ən iyrənc formada mübarizə üsulunu seçmiş, milli mənlik şüurundan uzaq, mental çürümə xəstəliyinə mübtəla olmuş, idrakı sönük, xaricdə fəaliyyət göstərən azərbaycanlı “demokratlar”ın da fəaliyyətlərini dəstəkləyir, onları təbliğ edirlər. Xaricə satılmış qrupun antimilli hərəkət trayektoriyasına diqqət edərkən açıq-aşkar görünür ki, onların fəaliyyətlərinin, əslində, müxaliflik ilə heç bir əlaqəsi yoxdur. Bu adamlar aşkar formada öz xalqının maraqlarına zidd hərəkətlər edirlər. Belə olan təqdirdə müxalifət partiyaları niyə onları dəstəkləsin axı? Deməli, onlarla üst-üstə düşən maliyyə maraqları da var...
AXCP sədri Əli Kərimli, “Milli şura”nın “lideri” Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Müsavat başqanı Arif Hacılı və onlara pərçimlənmiş bəzi qüvvələr bu seçkilərdə xalqdan, cəmiyyətdən dəstək ala bilməyəcəklərini əvvəlcədən bildiklərinə görə, guya, “boykot” yolu tutaraq mitinqlərlə xaricdəki qüvvələrdən daha çox maliyyə yardımı almaq qərarı veriblər.

Müxalifət o qədər zəifləyib ki, artıq xaricdəki beş-üç nəfər siyasi savadı olmayanın ümidinə qalıb

Bu işdə xaricdə yaşayan, satılmış qüvvələrin də rolu az deyil. Sosial şəbəkələrdə “demokrat” maskası altında ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyasına rəvac verənlər və onlara dəstək verən müxalifət liderləri unudurlar ki, bu xalq heç vaxt səviyyəsiz, siyasət adına ləkə olan fəaliyyəti və ən əsası xəyanəti, satqınlığı bağışlamır!
Axı öz cılız ambisiyalarını, məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayaraq, Azərbaycan əleyhinə fəaliyyət göstərməkdə başqa nə maraq ola bilərdi? Pul, pul, yalnız pul... Təbii ki, belə fəaliyyət erməni lobbisinin mənafelərinə də xidmət edir. Bu məsələdə müxalifət liderləri ilə yanaşı, onlar qədər cəmiyyətimizə zərər vuran xaricdə yaşayan həmin qruplaşmanın üzvlərinin də adını çəkmək istərdim. Son zamanlar Avropanın müxtəlif ölkələrində yaşayan, adını azərbaycanlı qoyan bəzi savadsız, cahil, milli mənlik şüurundan məhrum Orduxan Teymurxan, Tural Sadıqlı, Vidadi İsgəndərli və b. kimi şəxslərin hərəkətləri heç bir etik normaya sığmır. Tam çılpaqlığı ilə görünür ki, onların əsl məqsədi beş-üç qəpik payın müqabilində xidmət etdikləri antiazərbaycan dairələrin əmr və sifarişlərini yerinə yetirmək üçün yaranmış şəraitdən maksimum dərəcədə yararlanaraq, ağalarının təşəkkürünü və maliyyənin miqdarını artırmaqdır.
Əslində, bu şəxslər müxalifət rəhbərlərimiz qədər ölkəmiz barədə kin-küdurətlidirlər. Onlar cəmiyyətimizi, xalqımızı, milli-mənəvi dəyərlərimizi qəbul etmədiklərini dəfələrlə öz əməlləri ilə sübut ediblər. Bu ayrı mövzudur ki, heç bir azərbaycanlıya yaraşmayan, ayrı-ayrı şəxslər barədəki şər-böhtanların atılması bu qrup üçün adi hala çevrilib. Bu əməllər, əndazənin aşılması, məntiqə və həqiqətə uyğun olmayan mülahizələrin çoxalması artıq cəmiyyətimizdə də ikrah hissi oyadıb. İnsanlarımız bu əməlləri diqqətə almayaraq məlum hərəkətləri qərəzdən doğan mərəz kimi dəyərləndirirlər.
Hələ ötən il onların fəaliyyəti haqqında yazmışdıq ki, müxalifət rəhbərləri antiazərbaycan dairələrlə işbirliyinə girib fəaliyyətlərini virtual müstəviyə keçirərək, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün xaricdəki tör-töküntüləri də bu işlərə cəlb etməyə girişiblər.
Ümumilikdə isə müxalifət artıq o qədər zəifləyib ki, xaricdəki beş-üç siyasi savadı olmayan, satılmış gəncin ümidinə qalıb. Bu səbəbdən də indi onlar həmin anormal gənclərin ardınca gedirlər, onların fəaliyyətini təqdir edirlər.
Belə gənclərə baş qoşulduğunu görən, partiyadaxili intriqaları müşahidə edən sıravi üzvlər də radikal müxalifət funksionerlərinin, partiya sədrlərinin iç üzünü bir daha aşkar görmüş olurlar və tezliklə müxalifət partiyalarında yeni yarpaq tökümünün olacağını görəcəyik...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.04.2018
“Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”
10.04.2018
Nebenzya: “Qərb ölkələrinə heç kim dünya jandarmı səlahiyyəti verməyib”
04.04.2018
“Ermənistanda hər beş nəfərdən biri işsizdir, gənclər arasında işsizlik səviyyəsi 40 faizi keçib”
03.04.2018
“Birinci İnformasiya”: “Köhnə Ermənistanı məhv edib, yenisini yaratmayan Aprel müharibəsi”
02.04.2018
“Söyüş taktikası” müxalifətin sıralarını seyrəldir

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info