Nadejda Savçenko terror aktı hazırlamaqda ittiham edilir
Tarix: 16.03.2018 | Saat: 01:54:00 | E-mail | Çapa göndər


Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin milli qəhrəmanı, deputat Nadejda Savçenko ilə bağlı Ali Radaya 3 təqdimat göndərib. Bu barədə baş prokurorun mətbuat katibi Larisa Sarqan “Facebook”da yazıb. O bildirib ki, təqdimatlarda N. Savçenkonun cinayət məsuliyyətinə cəlb edilməsi, saxlanılması və həbsinə icazə verilməsi xahiş edilir. Təqdimatdan əvvəl Y. Lutsenko Ali Radada çıxışında N. Savçenkoya qarşı istintaq tədbirləri görmək üçün deputatlara müraciət edəcəyini açıqlayıb. O deyib ki, N. Savçenko parlament zalında terror aktı həyata keçirməyi planlaşdırıb. Baş prokurorun sözlərinə görə, N. Savçenko əvvəlcə zala qumbaralar atmaq, daha sonra sağ qalan deputatlara avtomatla atəş açmağa hazırlaşırmış və bu barədə istintaqın əlində təkzibedilməz sübutlar var. Xanım deputat bu gün səhər Ukrayna Təhlükəsizlik Xidmətində dindirilib. O, artıq Ali Radanın Milli təhlükəsizlik komissiyasının üzvlüyündən xaric edilib və milli qəhrəman adının da prezident tərəfindən ləğv olunacağı gözlənilir. Qeyd edək ki, martın 8-də “Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Ruban Donbasda, təmas xəttində saxlanılıb. Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir. Nadejda Savçenkonun adı da məhz bu iş üzrə keçir.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Brexit”: Tereza Mey etimad səsverməsində qalib gəlib
12.12.2018
Türkiyə Suriyada yeni əməliyyata başlayır
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi
11.12.2018
Stokholmda Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimi olub
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info