“Bakcell” və “Megafun”dan daha bir endirim kampaniyası
Tarix: 15.03.2018 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və kampaniyalarla sevindirməyə davam edir. Şirkətdən bildirilib ki, bu dəfə “Bakcell”in “Ulduzum” abunəçiləri “Megafun” Əyləncə Mərkəzində təklif olunan oyunlara 25 faiz endirim əldə etmək fürsəti qazanıblar. Belə ki, martın 12-dən etibarən “Megafun”da istifadə edilən karta 20 AZN yükləyən hər bir “Ulduzum” istifadəçisi oyun və attraksionların qiymətlərinə 25 faiz endirim əldə edəcək. Qeyd edək ki, bu kampaniya çərçivəsində təklif olunan endirim yalnız böyük boulinq və “PlayStation” oyun zonalarına şamil edilmir. 2,7 milyondan çox abunəçisi və 230-dək tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir. Qeyd edək ki, “Bakcell”in təqdim etdiyi “Ulduzum” loyallıq proqramında bütün “Bakcell” abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur. Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir. Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş “Bakcell” “Ulduzum” mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) “www.ulduzum.az” saytından yükləmək olar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb
17.07.2018
“Bakcell”in 4G xidməti ölkənin 30-dan çox bölgəsində
17.07.2018
“Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı çapdan çıxıb
17.07.2018
“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülüb
17.07.2018
Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verildi

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9644

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info