UNESCO-da Novruz bayramı təntənə ilə qeyd edilib
Tarix: 16.03.2018 | Saat: 11:50:00 | E-mail | Çapa göndər


Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə bu qurumun mənzil-qərargahında Novruz bayramı təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, təntənəli mərasimdə təşkilat komitəsinin rəhbəri qismində İran İslam Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb.
Sonra UNESCO-nun baş direktorunun müavini Getaçyu Engida çıxış edərək təşkilatçı ölkələrin səfirlərini salamlayıb, tədbir iştirakçılarını qurumun baş direktoru Odri Azuleyin adından təbrik edib. Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini, nəsildən nəsilə ötürülən milli mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb. G.Engida Novruzu bəşəriyyət üçün önəmli bayramlardan biri kimi səciyyələndirib və UNESCO-da on ölkənin bu tədbiri birgə təşkil etməsinin möhkəm əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb.
Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər.
Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsi ənənələri haqqında məlumat verib.
Daha sonra təşkil olunan ziyafətdə milli təamlarımız təqdim olunub.
Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Pakistanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Moin Ul-Hague AZƏRTAC-a müsahibəsində belə mötəbər təşkilatda Novruz bayramı tədbirində iştirak etməkdən məmnun olduğunu bildirib. O deyib: “Novruz xoşbəxtlik, sevinc bayramıdır, insanları bir araya gətirir və baharın gəlişindən xəbər verir. Fürsətdən istifadə edərək, Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Azərbaycan ilə Pakistanı sıx dostluq telləri bağlayır. Ölkələrimiz arasında yüksək səviyyədə möhkəm əlaqələr var. Azərbaycan xalqına, hökumətinə sülh və tərəqqi arzulayıram”.
Serbiyanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Darko Tanaskoviç artıq uzun illərdir Novruz bayramı tədbirlərində iştirak etdiyini bildirib. “Novruz bayramı qeyd olunan ölkələrdə səfir işləmişəm. Ona görə də bu bayram, onun ənənələri haqqında çox eşitmişəm.
Novruz təqvimə yeni bir normallıq gətirib. Təbiət bayramının bəşər təqviminə salınması vacibdir. Novruz təbiətin oyanışıdır. Ona görə də Yeni il əslində elə təbiətin oyanışı ilə - Novruzla başlamalıdır. Yanvar ayında Yeni il qeyd ediləndə təbiət yatmış olur, onun vaxtını gözləmək lazımdır. Həmin vaxt məhz Novruzdur. İnsan təbiətin hərəkətini izləməlidir. Yeni il təbiətin oyanışı ilə eyni vaxta düşməlidir”, - deyə D. Tanaskoviç diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Dopdolu bu dünya kəmdi gözümdə ... “
24.09.2018
Festivalın bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
24.09.2018
İsa Həbibbəyli: “Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”
24.09.2018
Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info