2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal, 90,2 ton mum, 11,2 ton vərəmum, 8,1 ton güləm və 281,7 kq arı südü əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, balın 1 kiloqramının orta satış qiyməti 23,7 manat, mumun orta satış qiyməti 11,5 manat, vərəmumun orta satış qiyməti 116,7 manat, güləmin orta satış qiyməti 56,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,9 manat olub.
2017-ci ildə 54,8 min dollar dəyərində 6,5 ton bal 5 ölkəyə ixrac edilib ki, onun da 93,8 faizi Yaponiyanın payına düşür.
Nigar
|