“Əl-Əhram” qəzetində Azərbaycan haqqında məqalə dərc edilib
Tarix: 16.03.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Misirin nüfuzlu “Əl-Əhram” qəzetində Azərbaycanda gedən inkişaf prosesləri, müxtəlif sahələrdə, xüsusilə siyasi, iqtisadi sahələrdə həyata keçirilən islahatlar barədə geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Şərq və Qərb sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycanda ötən illərdə böyük inkişafa nail olunduğu vurğulanır. Ölkədə iri iqtisadi layihələrin həyata keçirilməsinə böyük diqqət yetirildiyi qeyd edilir. Bu layihələrin ən önəmlilərindən birinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti olduğu vurğulanır. Bildirilir ki, Bakı-Tbilisi-Qars qədim İpək Yolu üzərində Avrasiyanın ən perspektivli layihələrindən biridir. Bu dəmir yolu xətti Orta Asiya ölkələri və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq, eləcə də ildə 3 milyon sərnişinin və 17 milyon ton yükün daşınmasını təmin edəcək. Yüklərin Çindən Avropaya bu marşrut üzrə çatdırılması 14 gün çəkəcək. Bu proses əvvəlki marşrutla 35-40 gün davam edirdi. Həmçinin bu xətt regionda turizmin inkişafına böyük töhfə verəcək.
Məqalədə vurğulanır ki, ötən illərdə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb, qeyri-neft sektorunda artım üç dəfəyə yaxın olub. Özü də bu artım dünyadakı neft böhranı şəraitində olub.
Yazıda qeyd edilir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində də nəzərəçarpan inkişaf var. Müəllif bu sahədə həyata keçirilən islahatlar barədə oxuculara ətraflı məlumat verir.
Azərbaycanın bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyi diqqətə çatdırılan məqalədə ölkəmizdə mütəmadi olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq, Beynəlxalq Humanitar, Qlobal Bakı forumlarının keçirildiyi qeyd edilir. Bundan başqa, ölkəmizdə bir sıra beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi bildirilir, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlar misal gətirilir.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Azərbaycanın hazırda işğaldan əziyyət çəkdiyi, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən zəbt olunduğu, 20 min azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi oxucuların diqqətinə çatdırılır.
Müəllif Azərbaycandakı tolerant, multikultural mühit barədə də məlumat verir.
Qeyd edir ki, Azərbaycan müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın unikal nümunəsi hesab edilir. Azərbaycan Prezidentinin 2016-cı ili ölkədə “Multikulturalizm İli” elan etməsi buna ən yaxşı nümunədir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Yuli Qusman: Azərbaycan – çiçəkləri Heydər Əliyev tərəfindən əkilən gülüstana çevrilib
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir
08.12.2018
Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq
08.12.2018
Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info