Azərbaycanlı şəhid övladları Türkiyədədirlər
Tarix: 16.03.2018 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsinə start verilib. Layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həyata keçirilir. Layihə çərçivəsində azərbaycanlı şəhid övladları Ankara şəhərinə gəliblər.
Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova deyib ki, layihə Türkiyə Nazirlər Kabinetinin Tanıtım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Məqsəd Türkiyə və Azərbaycanda olan şəhid uşaqlarını iki ölkənin tarixi və mədəni abidələri ilə tanış etmək, şəhidlərimizin övladlarını görüşdürməklə onların arasındakı qardaşlıq duyğularını gücləndirməkdir.
Şəhid övladları səfər çərçivəsində ASELSAN şirkətində olublar. Onlara şirkət haqqında məlumat verilib. Daha sonra uşaqlar Azərbaycanın Türkiyədəki səfirliyində olublar. Səfirliyin müşaviri Ramil Qurbanov layihənin əhəmiyyətindən danışıb və azərbaycanlı şəhid övladlarını səfirlikdə görməkdən məmnun olduqlarını söyləyib.
Sənaye və Texnologiya Muzeyi ilə tanış olan azərbaycanlı şəhid övladları 15 iyul şəhidlərinin ailələri ilə də görüşüblər.
Martın 27-dək davam edəcək səfər zamanı 38 azərbaycanlı şəhid övladı Türkiyənin 6 şəhərində bir sıra görüşlər keçirəcək, gəzməli-görməli yerlərdə olacaqlar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info