ATƏT: “Azərbaycan regionda sabitliyin təmin olunmasına töhfə verir”
Tarix: 16.03.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər
Londondakı “Emerging Europe” beyin mərkəzinin internet saytında “ATƏT: Azərbaycan regionda sabitliyin təmin olunmasına töhfə verir” sərlövhəli məqalə verilib. Məqalədə müəllif ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında çıxış edən qurumun sədri Georgi Tsereteliyə istinad edib. Bildirilib ki, Yeni İpək Yolu boyunca dayanıqlı nəqliyyat qovşağının mövcudluğu bu təşəbbüsə qoşulan bütün ölkələrin ümumi məqsədinə xidmət edir və Azərbaycan bu prosesə önəmli töhfə verir. Məqalədə bildirilib ki, martın 13-14-də keçirilən forumda iştirak edən ATƏT Parlament Assambleyasının üzvləri İpək Yolu iqtisadi, nəqliyyat və logistika infrastrukturu məsələləri ilə bağlı parlamentlərin birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Müəllif G.Tsereteliyə istinadən yazır ki, iqtisadi layihələr ATƏT-in fəaliyyətinin ayrılmaz hissəsidir. Dünya iqtisadiyyatında mövcud vəziyyət ölkələrin üzləşdiyi problemləri sıx əməkdaşlıq yolu ilə aradan qaldırmalarını qaçılmaz edir. Bakı-Tbilisi-Qars dəmir yolu Şərq ilə Qərb arasında yeni dəhlizin bariz nümunəsidir və bu cür layihələr ölkələr arasında iqtisadi bağların qurulması baxımından mühüm rol oynayır. Azərbaycan Avropa və Asiyanın kəsişməsində yerləşən vacib aktor kimi öz təsir dairəsini daha da gücləndirmək üçün İpək Yoluna Dəstək Qrupunu yaradıb. Bu qrupun əsas məqsədi nəqliyyat dəhlizlərini təşviq etmək, ticarət və nəqliyyat prosedurlarını asanlaşdırmaq, insanların, malların, xidmətlərin, o cümlədən investisiyaların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib
20.04.2018
Antimilli qüvvələr erməni mediasının “ulduzlarına”çevriliblər
20.04.2018
“Son 15 ilin nailiyyətləri İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır”
20.04.2018
“Ermənistandan nüvə komponentlərinin qaçaqmalçılığı həyata keçirilir“
20.04.2018
“Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9068

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 İlham Əliyevin andiçmə mərasimi olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info