“Ağa qara de, qrant al”
Tarix: 30.05.2013 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda prezident seçkilərinin keçirilməsinə qalan müddət azaldıqca ölkəmizə qarşı qərəzlər artır.
Kampaniyaya müxtəlif mətbuat orqanlarında dövlətimiz əleyhinə qərəzli informasiyaların verilməsi, bir sıra böyük dövlətlərin maraqlarına xidmət edən “hüquq müdafiəsi” ilə məşğul olan təşkilatların şəffaf olmayan hesabatlarının hazırlanıb yayılması, Azərbaycanda bir sıra beynəlxalq QHT-lərin xətti ilə radikal qüvvələrin maliyyələşdirilməsi, bəzi “hüquq müdafiəçiləri”nin, “ziyalı”ların ələ alınması və s. daxildir. Halbuki, Qərbdə son dövrlərdə etnik fundamentalizmin, zorakılıqla müşahidə olunan qatı millətçiliyin, neofaşizmin yenidən dirçəlməsi müşahidə olunur. Acınacaqlı hal isə budur ki, həmin qüvvələr müxtəlif siyasi dairələr tərəfindən maliyyəşdirilirlər, dəstəklənirlər. Ölkəmiz isə tolerantlığın hökm sürdüyü, müxtəlif din və millətlərdən olan insanların mehriban şəkildə birlikdə yaşadığı dünyanın barmaqla sayılacaq ölkələri sırasına daxildir. Bəs Azərbaycan haqqında yersiz, əsassız, qərəzli kampaniyanın aparılmasının arxasında hansı məqsədlər durur?
Qəzetimizə mövzu ilə bağlı fikirlərini bildirən "Sağlam İnkişaf və Maarifləndirmə” İctimai" Birliyinin sədri Anar Xəlilov həmin məqamları belə açıqladı: “Bu məsələlərin arxasında Azərbaycana təzyiq durur. Burada bədnam qonşularımızın da rolu var. Ümumiyyətlə, Avropa demokratiyasından danışanda onu deyə bilərəm ki, hələ SSRİ dövründə “soyuq müharibə” illəri ərzində Avropa ölkələri demokratiyanı əllərində qalxan etmişdilər. Onlar bu yolla Avropadakı demokratiyanın, mövcud quruluşların kommunizm quruluşundan üstün olduğunu sübut etməyə çalışırdılar. Əslində mən əminliklə deyə bilərəm ki, Azərbaycanda olan söz azadlığı Avropada olan söz azadlığından daha genişdir. Ümumavropa mədəni dəyərlərini, insanların şüurunu, bir sıra qanunları götürdükdə bu regionda müəyyən müsbət nəticələri görmək mümkündür. Lakin ümumi idarəçiliyi götürəndə isə Avropa dövlətləri ilə Cənubi Amerika dövlətləri arasında oxşarlıqlar var. Bu ölkələrdə baş verən son hadisələri, mitinqlərin dağıdılması zamanı yol verilən polis zorakılıqlarını hamımız görürük. Özlərində insan hüquqları, söz azadlığı sahələrində böyük nöqsanlar, kobud qanun pozuntuları olduğu halda, Azərbaycan haqqında əsassız ittihamlar irəli sürürlər. Avropaya başqalarını ittiham etmək haqqını kim verib, bunu özlərindən soruşmaq lazımdır. Azərbaycanı istəməyən qüvvələr ölkəmizin dinamik inkişafını, dövlətimizin müstəqil siyasət apardığını görürlər. Bu gün Azərbaycan getdikcə güclənən, beynəlxalq aləmdə öz çəkisini artıran, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın işğaldan azad olunması ilə bağlı qətiyyətli mövqe ortaya qoya bilən dövlətdir. Əlbəttə, ölkəmizin əleyhinə müxtəlif formalarda iş aparan qüvvələr Azərbaycanın torpaqlarının işğalı ilə razılaşmasını da istəyirlər. Lakin Azərbaycan dövləti daha da güclənir. Buna görə də ölkəmizin inkişafını istəməyən, hər zaman xarici qüvvələrdən asılı olmasını arzulayan qüvvələr öz arzularına nail ola bilməyəcəklər.
Müxtəlif təşkilatların hesabatlarına gəldikdə isə onu qeyd edə bilərəm ki, belə qeyri-obyektiv hesabatlar hər zaman olub. Sadəcə olaraq hazırda Azərbaycan prezident seçkiləri ərəfəsindədir və müxtəlif təşkilatların qeyri-obyektiv hesabatları cəmiyyətin fikrində çaşqınlıq yaratmaq məqsədi daşıyır. Ancaq cəmiyyət artıq belə hesabatlara inanmır və orada əks olunan “fakt”lar elə kağız üzərində də qalır. Xalq artıq öz seçimini edib və qarşıdakı seçkilərin nəticəsini indidən görmək mümkündür. Hazırda Azərbaycanda Prezident İlham Əliyevə alternativ lider yoxdur.
“Hüquq müdafiəçiləri” isə dövlətimizin əleyhinə fəaliyyət göstərən müxtəlif qüvvələrin sifarişi ilə işləyir və qrantlarını alırlar. Onların mövcudluqlarının tək yolu Azərbaycanı tənqiddən keçir. Belələrinin yalnız bir həyat şüarı var: “Ağa qara de, qrant al”. Düşünürəm ki, onların əsl xislət cəmiyyətə artıq məlumdur və bu haqda danışmağa dəyməz”.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info