Quba məzarlığı ilə bağlı müxtəlif dillərdə kiçikhəcmli elmi-populyar kitabça hazırlanır
Tarix: 17.03.2018 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ötən gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda anım tədbiri keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları iştirak ediblər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova anım tədbirini açaraq bildirib ki, XX əsr, ksenofob şovinist ideyalarla zəhərlənmiş erməni silahlı dəstələrinin, nəinki Azərbaycan xalqına, hətta tarixi Azərbaycan ərazisində yaşayan milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlara qarşı soyqırımı və etnik təmizləmə siyasəti ilə bəşər tarixinə qanlı hərflərlə əks olunub. Erməni şovinistləri tərəfindən törədilmiş dəhşətli qətliamlar içərisində 1918-ci ilin martında baş vermiş soyqırımı öz qəddarlığı və kütləviliyi ilə seçilib.
1918-ci il mart soyqırımı barədə həqiqətləri bütün dünyada tanıtmaq üçün 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilərək ilk dəfə həmin qətliamlara siyasi və hüquqi qiymət verildi. “Dövlətimizin bu yöndə apardığı uğurlu siyasət nəticəsində artıq dünyanın bir neçə ölkəsində seçkili qurumlar da mart soyırımına siyasi qiymət verib” – deyə professor M.Rəhimova vurğulayıb. M.Rəhimova xüsusi olaraq Qubada erməni faşizmi tərəfindən törədilmiş bəşəri cinayətin maddi izlərinin aşkar edilməsində və tədqiqində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun xüsusi və mühüm rolunu qeyd edib. Mövzu ilə əlaqədar M.Rəhimova sözü Quba məzarlığında tədqiqatlar aparmış arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevə verib. Q.Ağayev “Quba soyqırımı məzarlığının arxeoloji tədqiqi” mövzusunda vizual-elektron təsvirlərlə müşayiət olunan təqdimatla çıxış edib.
Quba soyqırımı məzarlığının tədqiqi tarixinə toxunaraq Q.Ağayev qeyd edib ki, 2007-ci il aprelin əvvəlində instituta məlumat daxil olub ki, Qubada kütləvi məzarlıq aşkar edilib. “Oraya ezam edilərək, əraziyə baxış keçirdik və təsadüfən aşkar edilmiş tapıntıları tədqiq etdik. Kəşfiyyat xarakterli qazıntılardan da aydın oldu ki, kütləvi qətlə yetirilmiş insanların məzarlığı ilə üzləşmişik. İlkin rəyimiz institutun Elmi Şurasında müzakirə edildi və qərara alındı ki, xüsusi arxeoloji ekspedisiya yaradılsın. Rəhbərliyim altında arxeoloji ekspedisiya 2007-ci il iyulun 13-dən 2008-ci il 8 sentyabra qədər Quba soyqırımı məzarlığı ərazisində tədqiqatlar aparıb. İlkin yekunlara görə, məzarlıq işgəncə ilə öldürülmüş və doğranmış insanların skelet fraqmentləri ilə dolu bir neçə həcmcə böyük və dərin quyulardan ibarətdir. Tədqiq etdiyimiz yalnız bir quyunun qazıntı aparılmış hissəsində 200-ə qədər insan qalığı qeyd edilib. Biz bu rəqəmi yalnız soyqırımı qurbanlarının üzə çıxardığımız kəllə sümüklərinin sayına görə deyə bilirik. Əsas skelet və ətraf sümüklərin fraqmentləri və tam hissələri üzərində kəsici, deşici və zərbə silahlarının izləri qeyd olunub. Tam mümkündür ki, işgəncə üçün ermənilər talan edilmiş yerli əhalinin adi təsərrüfat alətlərindən də istifadə ediblər. Təsərrüfatda işlədilmiş tökmə iri mıxların insanların kəlləsinə və göz oyuğuna çapılması izlənilir. Kütləvi məzarlıq materialında çoxsaylı həmin iri mıxlar tapılıb.
200-ə qədər insan qalığının kəllə sümüklərinin fiziki antropoloji tədqiqatları əsasında ilkin nəticə budur ki, onların 55-i müxtəlif yaşlı qadınlara, 4-15 yaşarası uşaq və yeniyetmələrə, qalanları isə, əsasən, yaşlı kişilərə aiddir. İşgəncələrlə öldürülmüş bu insanların irqi tipi müasirlikdə də Quba ərazisində yaşayan əhalinin irqi tipi ilə analojidir. Bu nəticələr yalnız çıxarılmış kəllələr, tam və ya fraqmentar sümük qalıqlarının əsasında məlum olub. Həmin məzarlıq quyusunun həcmini nəzərə alaraq belə bir qənaətə gəlinib ki, torpaqda qalan insan qalıqları ən azı, 600 skelet sayındadır. Qazıntı zamanı paltar qalıqlarının aşkar edilməməsi belə bir fikrin irəli sürülməsinə əsas olub ki, işgəncə müşayiət olunan qətllər öncədən zorla paltarları əllərindən alınmış insanlara qarşı törədilib. Birbaşa məzarlığın kənarında işgəncələrdən yaralanmış, amma hələ sağ olan və ya öldürülmüş insanların bir qisminin doğranması həyata keçirilib, yaxud artıq yaxın ərazidə işgəncə ilə öldürülmüş insanların tam meyitləri və ya doğranmış tikələri buraya gətirilərək əvvəlcədən mövcud quyulara xaotik şəkildə atılıb” –deyə Q.Ağayev bildirib.
Q.Ağayev arxeoloji ekspedisiyanın ilk dəfə böyükhəcmli kütləvi məzarlığın elmi araşdırma sahəsində qazandığı təcrübədən, tədqiqatlar zamanı üzləşdikləri bəzi obyektiv və subyektiv əsaslı çətinliklərdən də söz açıb. O, xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin Quba soyqırımı məzarlığı ərazisində memorial kompleksin yaradılması barədə məlum sərəncamı ilə artıq tariximizin qanlı səhifələrini bariz göstərən tarixi həqiqət dünyaya tanıdılmaqdadır. Q.Ağayev bildirdi ki, hazırda Quba məzarlığında aparılmış arxeoloji tədqiqat barədə müxtəlif dillərdə kiçikhəcmli elmi-populyar kitabçanın hazırlanması üzərində işlər aparılmaqdadır.
Daha sonra Q.Ağayev anım toplantısı iştirakçılarının çoxsaylı suallarına cavablandırıb. Mövzu üzrə çıxış edənlər institut rəhbərliyinin, soyqırımı məzarlığında çalışmış tədqiqatçıların fəaliyyətini yüksək qiymətləndiriblər, Quba soyqırımı məzarlığının tədqiqatına həsr edilmiş, tarixi sənədlərlə yanaşı, həmçinin arxeoloji, populyativ genetik, antropoloji, patoloji anatomik, tanatanoloji, kriminalistik və d. tədqiqatların nəticələrini özündə əks etdirən irihəcmli və müxtəlif dillərdə olan elmi nəşrə ciddi ehtiyacın olduğunu qeyd ediblər.
Anım tədbirinin sonunda iştirakçılar 31 mart soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Ələt- Astara yolu istifadəyə verildi
18.09.2018
Daxili İşlər Nazirliyi vakant həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
18.09.2018
Biləsuvarda 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayrıldı
18.09.2018
“Hərkəs üçün eyni ölçü“ alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək
18.09.2018
Biləsuvarda Gənclər Evi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info