Aztəminatlı ailələrə Novruz sovqatı verilib
Tarix: 17.03.2018 | Saat: 11:30:00 | E-mail | Çapa göndər
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Novruz bayramı münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tənha, kimsəsiz və aztəminatlı ailələri sevindirmək və onlara bayram sovqatları çatdırmaq məqsədilə tədbir həyata keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə tədbir iştirakçılarına bayram təbriklərini çatdıraraq qeyd edib ki, 98 illik fəaliyyəti dövründə şərəfli yol keçən və həmin missiyanı davam etdirən cəmiyyətin AMEA bölməsinin son dövrlərdəki uğurlu fəaliyyəti barədə danışıb.
AMEA-nın İşlər İdarəsinin rəis müavini Sərdar Əliyev cəmiyyətin daşıdığı xeyirxah missiya və aztəminatlı ailələrin problemlərinin həllinə göstərdiyi qayğıdan bəhs edib.
Tədbirdə bayram münasibətilə AMEA-nın aztəminatlı sosial qrupa aid olan 70 əməkdaşına ərzaq yardımları verilib.
Cəmiyyətin rayon bölmələri Sumqayıt şəhərində 15, Nəsimi rayonunda 30, Suraxanı rayonunda 50 aztəminatlı ailəyə Novruz bayramı münasibətilə sovqatlar paylayıblar.




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
Üç ayda əhalinin gəlirləri 9,8 faiz artıb
21.04.2018
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb
20.04.2018
Səlim Müslümov: “Azərbaycan İƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir”
20.04.2018
Daha bir rayonda Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinin praktiki tətbiqinə başlanılıb
20.04.2018
Bakı aeroportu yenə ən yaxşılardan oldu

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9068

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 İlham Əliyevin andiçmə mərasimi olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info