Bakıdakı tarixi abidələr məndə dərin maraq doğurdu
Tarix: 17.03.2018 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Azərbaycana gəlmək, qardaş ölkədə olmaq çoxdankı arzum idi. Çox məmnunam ki, artıq bu arzum kerçəkləşdi. Biz məktəblilər Azərbaycanla Türkiyənin mehriban qardaşlıq münasibətlərindən və birliyindən sonsuz qürur duyuruq.
Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) orta məktəb şagirdlərinin ikinci mübadilə proqramı çərçivəsində ölkəmizə gəlmiş Ankara şəhərindəki Hacı Ömer Tarman Anadolu Liseyinin X sinif şagirdi Süleyman Özmən AZƏRTAC-a müsahibəsində deyib.
Bakıda çox mehriban qarşılandıqlarını, mübadilə proqramının məktəblilərə Azərbaycanın zəngin tarixi, təbiəti, təhsili, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq imkanı yaratdığını deyən S.Özmən paytaxtdakı məşhur Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi adidələrin onda dərin maraq doğurduğunu vurğulayıb
Türkiyəli məktəbli deyib: ”Mübadilə proqramı çərçivəsində Azərbaycanın digər görməli yerlərinə də səfərlər edəcəyik. Düşünürəm ki, burada gördüklərimiz heç vaxt yaddaşımızdan silinməyəcək”.
Xatırladaq ki, martın 17-dən 24-dək Azərbaycanın ev sahibliyi edəcəyi “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramına” Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan 38 şagird və 6 təlimçi qatılıb.




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb
17.07.2018
“Bakcell”in 4G xidməti ölkənin 30-dan çox bölgəsində
17.07.2018
“Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı çapdan çıxıb
17.07.2018
“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülüb
17.07.2018
Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verildi

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9644

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info