“1in”: “Erməni əsgərləri korrupsiya və səmərəsiz idarəetmə nəticəsində ölürlər”
Tarix: 18.03.2018 | Saat: 02:48:00 | E-mail | Çapa göndər


“Gözəl proqramlar həqiqətə qarşı çıxır. Çünki Ermənistanda əslində, siyasi və ictimai nəzarət mexanizmləri fəaliyyət göstərmir”. Bu fikirləri ermənilərin “1in” saytı son vaxtlar Ermənistan ordusunda kütləvi hal alan əskər ölümləri ilə baglı bildirib. Qeyd edilməlidir ki, saytın dedikləri həqiqətdir. O da qeyd edilməlidir ki, hələ neçə illər bundan əvvəl Helsinki Vətəndaş Assambleyasının Ermənistanda fəaliyyət göstərən Vanadzor ofisi bu barədə həyacan təbili çalmışdı. Lakin reallıq budur ki, erməni ordusundakı əsgər ölümlərinin sayı hər il artmaqda davam edir. Təbii ki, bunu ermənilərin özləri də etiraf edirlər.
Beləliklə, bir neçə gün bundan əvvəl həyatını itirmış erməni əskəri Edqar Yeremyanın ölüm səbəbinə diqqət çəkən sayt yazır: “Əsgərin ölümünün bəzi rəsmi versiyası elan ediləcək, bəziləri bəlkə tənbeh də olunacaq ya da mövqelərini itirəcək, amma baş verənlər artıq böyük narahatlıqlar yaradır. Təkcə bu ilin ilk aylarının statistikası kədərli bir şəkil ortaya qoyur. Belə ki, silahlı qüvvələrimiz cəbhə xəttindən daha çox, laqeydlik, intizamsızlıq və orduda mövcud olan qanunsuzluqdan zərər çəkirlər” . Bu fikirlər deyildiyi kimi, erməni saytında yer alıb.
Sayt, Ermənistandakı çagırışçı kasadlıgına eyham vuraraq ordu rəhbərliyinə əsgərlərin həyatlarını və sağlamlığını qorumagı “məsləhət görür”. Erməni yazar bunun baglı, təkcə ordu rəhbərliyindən deyil, həm də ölkə rəhbərliyindən yalnız gözəl sözlər, yüksək vətənpərvərlik şüarlarından başqa bir şey eşitmədiyini bildirir: “Bu günlərdə müdafiə naziri Viqen Sərkisyan ordunun şəffaflığını təmin etmək məqsədi ilə "millət-ordu" konsepsiyasını ətraflı izah edərək, uzun bir müsahibə verdi. Amma bütün bu gözəl proqramlar reallığa qarşıdır, çünki Ermənistanda, əsasən, siyasi və ictimai nəzarət mexanizmləri yoxdur” . Bu fikirlər də caytda yer alıb.
Parlamentdə dövlət idarəetmə sisteminə keçidin, əslində, heç bir şeyi dəyişməyəcəyini bildirən sayt, yaşanan problemi daha cox ölkədəki siyasi mədəniyyətlə əlaqələndirir: “Əgər ölkədə siyasi və ictimai nəzarət mexanizmləri işləməyəcəksə, effektiv idarəetmə, korrupsiya əlamətlərinə qarşı mübarizənin effektivliyi barədə danışmaq mənasızdır. Bu gün orduda əsgər ölümlərinin çoxalması, əsasən, səmərəsiz, korrupsiyaya qurşanmış rəhbərliyin fəaliyyətinin nəticəsidir”-yazan sayt bunun günahını dövlətin idarəedici sistemində, saxtakar seçkilərdə, səmərəsiz idarəetmə və ölkədə hökm edən qanunsuzluqlarda görür.
Saytın yazdıqlarına əlavə olaraq bildirmək istəyirəm ki, erməni mətbuatında bu ölkənin ordusunda xidmət edən əsgərlərin qeyri-döyüş şəraitində də ölüb və ya öldürülmələri barədə də xəbərlər yer alır. Erməni mətbuatı, bu xəbərlərdə, adətən, övladlarını itirmiş valideynlərin çox vaxt bu faktların ictimaiyyətdən gizlədildiyini, coxları ilə bağlı aldadıcı cinayət işi açıldığını və günahkarların cəzasız qaldığını da etiraf etmək məcburiyyətində qalır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info