Abşeron rayonunda əsgərlər üçün Novruz şənliyi təşkil olunub
Tarix: 18.03.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Pirəkəşkül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgərlər üçün Novruz şənliyi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə torpaqların azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni səslənib.
Şəxsi heyətlə keçirilən görüşdə İradə Gülməmmədova Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. İcra başçısı bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır. O deyib: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz işğal altında olan torpaqlarımızı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edəcəyik”.
Ali Baş Komandan İlham Əliyevin ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirərək ordu quruculuğu sahəsində səylərini daha da artırdığını, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir orduya çevrilməsinə nail olduğunu deyən icra başçısı növbəti Novruz bayramını Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda və işğal altında olan digər bölgələrimizdə qeyd edəcəklərinə inandığını bildirib.
Hərbi hissənin komandanlığı Abşeron rayon rəhbərliyinin bayram gününü əsgərlərlə birlikdə keçirməsini yüksək qiymətləndirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib. Bildirilib ki, əsgər və zabitlər Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdırlar və düşmən üzərində qələbə uzaqda deyil.
Daha sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və hərbi prokuror Xanlar Vəliyevin Novruz bayramı münasibətilə əsgər və zabitlərə ünvanladıqları təbrikləri oxunub.
Şənlikdə əsgərlərə bayram sovqatı verilib, onlar üçün konsert proqramı təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Ələt- Astara yolu istifadəyə verildi
18.09.2018
Daxili İşlər Nazirliyi vakant həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
18.09.2018
Biləsuvarda 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayrıldı
18.09.2018
“Hərkəs üçün eyni ölçü“ alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək
18.09.2018
Biləsuvarda Gənclər Evi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info