Pekində Novruz bayramı münasibəti ilə muğam gecəsi təşkil edilib
Tarix: 19.03.2018 | Saat: 14:21:00 | E-mail | Çapa göndər


Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Çinin ən böyük konsert salonu olan Milli İncəsənət Mərkəzində Novruz bayramı münasibətilə “Azərbaycan muğamı gecəsi” təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən səfir Əkrəm Zeynallı konsertin Çinin siyasi həyatında çox vacib hadisəyə - Si Cinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçildiyi vaxtda təsadüf etdiyini vurğulayıb və bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin Çinin dövlət başçısına təbrik məktubu ünvanlandığını diqqətə çatdırıb. Məktubun məzmunu ilə tədbir iştirakçılarını tanış edən səfir, Azərbaycan və Çin liderlərinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimizin sürətlə inkişaf etdiyini qeyd edib.
Səfir Ə.Zeynallı Azərbaycanın Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Konsertin təşkilində əsas məqsədin Çin ictimaiyyətini musiqi vasitəsilə qədim və zəngin mədəniyyətimizlə tanış etmək, musiqi körpüsü ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq olduğunu vurğulayan səfir, bununla da mədəniyyət sahəsində əlaqələrimizin daha da genişləndirilməsinə töhfə vermək olduğunu bildirib.
Diplomat xalqımızın qədim bayramı Novruz haqqında məlumat verərək deyib ki, baharın gəlişini, təbiətin oyanışını, ruzi-bərəkət, paklıq və həmrəyliyi xarakterizə edən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd olunur. O, Azərbaycanda Novruz şənliklərini muğamsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırıb.
Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında “Leyli və Məcnun” operasından parçalar, “Şahnaz”, “Çahargah”, “Qatar”, “Bayatı-Şiraz” və “Segah” təsnifləri, “Qarabağ” şikəstəsi ifa olunub.
Konserti izləyənlər arasında Çinin Xarici İşlər, Kommersiya, Mədəniyyət nazirliklərinin, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin rəsmiləri, Pekin ictimaiyyətinin nümayəndələri, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Belçikanın Ham şəhərində ənənəvi Novruz şənliyi təşkil olunub
24.03.2019
Finlandiyada Novruz şənliyi keçirilib
24.03.2019
Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub
24.03.2019
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
23.03.2019
Boluda Koroğlu abidəsinin ucaldılması mənim üçün tarixi şansdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info