Gənc Tamaşaçılar Teatrında premyera
Tarix: 19.03.2018 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Eduard Uspenskinin “Timsah Gena və dostları” əsəri əsasında hazırlanan “Çeburaşka” tamaşasının premyerası olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Novruz bayramı ərəfəsində təqdim olunan tamaşa uşaqlar tərəfindən böyük maraqla izlənilib. Axı, Çeburaşka bütün uşaqların sevimli personajıdır. Onun ən yaxın dostu Genanın səhnədə peyda olması ilə başlanan əhvalatda uşaqlara dostluq, səmimiyyət və dürüstlük kimi insani keyfiyyətlər aşılanır. Səhnə əsərini izləyən balaca dostlar mehriban, hər kəsə kömək etməyə hazır olan Çeburaşkanı çox sevdilər. Onlar Çeburaşka ilə birgə sevinib onunla birgə kədərlənirdilər. Uşaqlar bu tamaşanı izləyərkən bir daha başa düşdülər ki, dostluqda sədaqətli, hər zaman dürüst olmaq lazımdır və əsl dostluq paxıllıq hissinin nə olduğunu bilməməkdir.
Uşaqlar tərəfindən alqışlarla qarşılanan birhissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır.
Tamaşada rolları Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Səbinə Məmmədova, Ceyhun Məmmədov, Zülfiyyə Alhüseynova, Xaliq Bəkirov, Ədalət Əbdülsəməd və başqaları ifa ediblər.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info