Azərbaycan Universitetində müsabiqə qalibləri mükafatlandırılıb
Tarix: 19.03.2018 | Saat: 14:02:00 | E-mail | Çapa göndər
Azərbaycan Universitetində “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr edilən tədbir keçirilib.
Mükafatlandırma mərasimində Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov, müsabiqənin tərəfdaşı Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktor müavini Nəsimi Kazımov, Nəsimi Rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsinin rəisi Elbrus Abdullayev, “Social Innnovation Lab” beynəlxalq təşkilatının icraçı direktoru Cəsur Həsənov, müsabiqə komissiyasının üzvləri, müsabiqənin finalçıları və elmi rəhbərləri, universitetin müəllim - tələbələri iştirak edib. Tədbir müsabiqənin gedişatını işıqlandıran videoçarxın nümayişi ilə başlayıb. Yekunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Alirzə Orucov “Təmiz ada” adlı elmi işi ilə birinci, bu ali təhsil müəssisəsinin magistrantı İlkin Mərufov ikinci, Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə və Fəhmin Zakirli isə üçüncü yerə layiq görülüblər. I yerin sahibinə 800, II yerin sahibinə 600, III yerin sahiblərinə isə 400 manat pul mükafatı və müvafiq sertifikatlar təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nərminə Abbasova isə dördüncü yerə layiq görülüb və Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb. Müsabiqə qaliblərinin elmi rəhbərləri də təltif olunublar.
Çıxış edənlər müsabiqənin, o cümlədən mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin əhəmiyyətindən söz açıb, ölkəmizdə bu sahədə geniş vüsət almış işlər haqqında məlumat veriblər. Çıxışlarda müsabiqənin təşkilinə, şəffaf və yüksək səviyyədə keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkür edilib.




 
Bölməyə aid digər xəbərlər
21.04.2018
Sahil Babayev əmək və əhalinin sosial müdafiə naziri təyin edilib
21.04.2018
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb
20.04.2018
Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
20.04.2018
“Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə
20.04.2018
Tarix Muzeyində “Şərqin qızıl sikkələri” kataloqu hazırlanır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9072

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
3 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
4 İlham Əliyevin andiçmə mərasimi olub
5 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info