Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillər verilib
Tarix: 19.03.2018 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 ədəd mənzil Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı mənzillərdən 9 ədədi şəhid ailələrinin, 6 ədədi isə Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin sosial müdafiə sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması, habelə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına imkan verdiyini bildirib. Nazir müavini eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası sahəsində görülən işləri diqqətə çatdırıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 13 mart 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə tədbirlərin uğurla davam etdirilməsinə imkan verir.
Hazırda Qarabağ müharibəsi əlilləri əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər. Şəhid ailələrinə də Prezidentin aylıq təqaüdü, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinət, həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin uşaqlarına aylıq sosial müavinət ödənilir. Cari ilin ötən dövründə Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncamlarla qeyd edilən sosial ödənişlərin – pensiya və sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin də növbəti dəfə artırılması təmin edilib.
Bu tədbir, eləcə də hazırda daha bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillərin təqdim olunması həmin kateqoriyalardan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yüksək diqqət və qayğının cari ildə də uğurla davam etdirildiyini göstərir.
Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan işlərdən razılıq hisslərini ifadə ediblər. Onlar pensiya və müavinətlərinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin artırılmasına, eyni zamanda, əziz bayramımız olan Novruz bayramı ərəfəsində yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Cari ilin birinci yarımilində 37,6 min işsiz və işaxtaran şəxs işlə təmin edilib
17.07.2018
Bakı şəhərinin baş planı hazırlanır
17.07.2018
Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlarda təqdim olunub
17.07.2018
“Duz” gölündə ekoloji təmizlik təmin edilir
17.07.2018
Məcburi köçkünlərlə növbəti görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9644

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info