Prezident seçkilərində KİV-in rolu ilə bağlı seminar-müşavirə keçirilib
Tarix: 19.03.2018 | Saat: 15:39:00 | E-mail | Çapa göndər
Bakıda Azərbaycan Respublikası Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib. Seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən birgə təşkil olunub. Tədbirdə yuxarıda adları qeyd olunan qurumların nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri, bloqqerlər, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək seçki prosesinin işıqlandırılmasında kütləvi informasiya vasitələrinin rol və vəzifələrindən danışıblar. Sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədovun “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat mərhələsində təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri” mövzusunda məruzəsi dinlənilib. Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və sual doğuran məsələlər müzakirə olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.04.2018
“Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”
26.04.2018
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans işə başlayıb YENİLƏNİB
26.04.2018
Angela Merkel Azərbaycan prezidentini təbrik edib
26.04.2018
Cəbhə xəttində erməni silahlı qüvvələrinin təxribatı davam edir
26.04.2018
ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info