«ArmenianReport»:” Ermənilər təqaüdlərinin artacağını gözləməsinlər”
Tarix: 19.03.2018 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


«Ermənistanda yaşlı insanların təqaüdlərinin artırılmasını gözləmək çətindir, hətta artım olsa da, onların maddi vəziyyətlərinin yaxşılaşmasını hiss etməyəcəklər». Bu, ermənilərin «ArmenianReport» saytında yer alan etiraflarıdır: «Ötən həftə Ermənistanın Dövlət Sosial Xidmətinin rəhbəri Hovanes Sahakyan təqaüdlər barədə danışıb. Beləliklə, Ermənistanda 40 min dram olan orta pensiyanı "astronomik" məbləğ kimi dəyərləndirib. Əslində, ölkədəki işsizlik və miqrasiyanın səviyyəsinə görə, ölkə əhalisinin cüzi hissəsi təqaüdə sahibdir. Hovanes Sahakyanın sözlərinə görə, yaxın iki ildə Ermənistanda təqaüd, müavinət və minimum əmək haqqının artırılması mümkündür. Sahakyan ölkədə iqtisadi artımın baş verəcəyi təqdirdə bu artımın pensiyalara da şamil ediləcəyini də istisna etmir. Onun sözlərinə görə, əgər 2017-ci il göstəricisi ilə müqayisədə bu il Ermənistan daha yüksək iqtisadi artım tempini təmin edərsə, bu halda sosial ödənişlərin artması mümkün olacaq. Lap elə, belə də deyib: «Yaşlıların pensiya ödənişini artırmaq üçünsə biz çox çalışmalıyıq».
Xatırladaq ki, Ermənistanın baş naziri Karen Karapetyan Livana etdiyi səfər ərəfəsində, ötən 2017-ci ildə Ermənistanda ÜDM-in artımını Milli Statistika Xidməti 7,5 faiz səviyyəsində qiymətləndirib:” Bununla belə, Karapetyan 3-4 ilə sabit , iqtisadi inkişafa sahib ölkə olacaclarını düşündüyünü də bəyan edib. Maraqlıdır, onlar ölkənin inkişafına sehirli çubuğun köməyi ilə nail olacaqlarmı?
Daha maraqlısı isə, onların Ermənistanda ÜDM-in artımının qorunmasına nə dərəcədə nail ola bilmələri ilə bağlıdır.. Məgər xarici investorlar Ermənistana sərmayə yatırmaq üçün növbəyəmi durublar və ya ölkədə iqtisadiyyatın bərpasında əhəmiyyfətli bir inkişafmı var? Axı bunların heç biri Ermənistanda yoxdur və yaxın gələcək üçün də ola biləcəyi ehtimal edilmir. Bunlarla yanaşı, ən əhəmiyyətlisi, təsəvvür edin ki, bütün bunlar Ermənistanda təmin edilib. Siz bu «inkişafın» ölkə əhalisinin bütün təbəşqələrinə bərabər təsir göstərə biləcəyinə əminsinizmi?. Təbii ki, əmin deyilsiniz. Bunu sizin bəzi partiyadaşlarınız da etiraf edirlər
Bu gün rəsmi məlumatlara görə, Ermənistanda inflyasiya 2,7 faiz səviyyəsində qiymətləndirilir. Lakin, müstəqil iqtisadçıların bildirdiyinə görə, bu, o qədər də reallığı əks etdirmir, yəni ölkədə inflyasiyanın səviyyəsi daha yüksəkdir. Məsələn Milli Statistika Xidmətinin açıqlamasına şərh verən ekspert Movses Aristakesyan Ermənistandakı real inflyasiyanın 9-10 faiz səviyyəsində olduğunu nəzərə çatdıraraq, " iqtisadi böyümənin əsas hissəsi inflyasiyadır"- deyə xarakterizə edir..
Bu gün artıq Ermənistan sərmayəçilərə həsrətdir. Lakin yeni prezident Armen Sərkisyan ölkəyə yeni investorlar cəlb edəcəyinə söz verib. Lakin maraqlıdır, diplomat olmaqla yanaşı, biznes adamı olan Armen Sərkisyan niyə diplomatik xidməti dövründə buna –yəni Ermənistana sərmayə yatırmağa təşəbbüs göstərmədi? Bu gün ermənilərin daha çox pul qazandığı Rusiya da iqtisadi sarsıntı keçirir. İqtisadi sanksiyaların intensivləşdirilməsi, daxildəki qeyri-sabitlik və hətta müharibə ehtimalı da bu ölkədən Ermənistana pul göndərənlər üçün problemə çevrilməkdədir. Beləliklə, Ermənistan və ermənilərə artıq əvvəlki miqdarda pul gözləməyə dəyməz. Bununla bağlı, ölkə təqaüdçüləri də təqaüdlərinin artacağını gözləməsinlər. …Və əgər hökumət təqaüdlərin artacağı barədə danışırsa, bundan əvvəl inflyasiya, qiyməi artımı, vergilər, absürd vəzifələrin tətbiqi gələcək».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Məsələ benzinin qiyməti deyil, fransızlar Makrondan narazıdırlar”
11.12.2018
«ArmenianReport»: “Zatulin artıq erməni xalqının dostu deyil”
11.12.2018
Seçkilər Paşinyanın tərəfdarları arasında düşmənçilik yaradıb
11.12.2018
Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib
11.12.2018
Məcburi cəcverməyə təhrik edilənlər...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info