Putin prezident seçkilərində rekord səs toplayıb
Tarix: 19.03.2018 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“Seçkinin nəticəsi son illər görülən işlərə verilən yüksək qiymətdir”

Rusiyanın hazırkı prezidenti Vladimir Putin bülletenlərin 99,84 faizinin hesablanmasından sonra 76,66 faiz səs toplayıb. Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova jurnalistlər üçün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Putin 56 milyon 206 min 514 seçicinin (76,66 faiz) etimadını qazanıb. Bu, onun seçkilərdə iştirakı tarixində rekord göstəricidir. Belə ki, 2000-ci ildə Vladimir Putini seçicilərin 52,94 faizi, 2004-cü ildə 71,31 faizi, 2012-ci ildə isə 63,6 faizi dəstəkləmişdi. Rusiyanın hazırkı prezidenti paytaxt Moskvada da böyük dəstək qazanıb - 3,21 milyon səs. Bu, 2012-ci illə müqayisədə 1,6 dəfə çoxdur. Rusiya Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,9 faiz, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski 5,66 faiz, teleaparıcı Ksenya Sobçak 1,67 faiz, “Yabloko” partiyasının lideri Qriqori Yavlinski 1,04 faiz səslə səs toplayıb. Digər iki namizəd bir faizdən az səs yığıb. Martın 18-də Rusiyada keçirilən prezident seçkilərində səsvermə hüququ olan vətəndaşların 67,47 faiz - 73,36 milyon seçici iştirak edib. Vladimir Putin prezident seçkilərində ona səs verənlərə təşəkkürünü bildirib. Manej meydanında keçirilən konsertə qatılan Vladimir Putin səhnəyə çıxaraq çıxış edib: "Nəticəyə görə sizə təşəkkürümü bildirirəm. Siz - bizim ümumi komandamızsız. Mən bu komandanın üzvüyəm. Bu gün səs verənlər bizim böyük çoxmillətli komandamızdır". Onun sözlərinə görə, prezident seçkilərinin nəticəsi son illər görülən işlərə verilən yüksək qiymətdir. Rusiya prezidenti hökumətdə dəyişiklik edib-etməməsi ilə bağlı sualı belə cavablandırıb: “Andiçmədən sonra hökumətdə dəyişiklik edilib-edilməməsi haqqında qərar verəcəm". Seçki qərargahında jurnalistlər önünə çıxan Vladimir Putin bır sıra suallara cavab verib. O, hələlik yeni konstitusiya islahatları keçirməyəcəyini söyləyib: "O ki, qaldı hökumətin rəhbəri məsələsinə, deyə bilərəm ki, ümumilikdə hökumət barədə qərar andiçmədən sonra veriləcək. Bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək". Putin deyib ki, Rusiyanı Baş Kəşfiyyat İdarəsinin eks-polkovniki Sergey Skripalın zəhərlənməsində əlinin olmasında günahlandırmaq cəfəngiyyatdır. Onun sözlərinə görə, prezident seçkiləri və futbol üzrə Dünya Çempionatı öncəsi heç kəs bunu etməyə cürət etməz: "Fikrimcə, hər hansı dərrakəli insan anlayır ki, bu, tam cəfəngiyyat, nonsesndir. Kimsə Rusiyada prezident seçkiləri və futbol üzrə Dünya Çempionatı öncəsi bunu etməyə cürət etməz. Bu, mümkünsüzdür. Rusiya bütün kimyəvi silahlarını məhv edib. Bizim kimyəvi silahımız yoxdur". O, Londonda zəhərlənən Sergey Skripalın işi ilə bağlı KİV-dən məlumat aldığını söyləyib: "Mən, bu faciə haqqında KİV-dən məlumat almışam. Ağıla gəlir ki, əgər bu zəhərli vasitə döyüş zəhərli vasitəsi olsaydı, əlbəttə ki, insanlar yerindəcə ölərdilər. Bu, məlum faktdır. Bunu başa düşmək lazımdır. Rusiyanın kimyəvi silahı yoxdur. Biz, bütün kimyəvi silahlarımızı beynəlxalq müşahidəçilərin nəzarəti altında məhv etmişik". Putin Rusiyanın Skripalın işinin təhqiqatında iştirak etməyə hazır olduğunu söyləyib”. Qeyd edək ki, Azərbaycan Prezidenti Rusiya dövlət başçısını təbrik edib: “Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir. Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim dövlətlərarası münasibətlər bu gün bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu münasibətlərin, bütövlükdə Azərbaycan ilə Rusiya arasında hərtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişlənməsinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üzrə birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təmin olunmasına bundan sonra da kömək edəcək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.07.2018
Panik kəndindəki panika Ermənistan hakimiyyətinə təsirsiz ötüşməyəcək
21.07.2018
Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokda olduğunu bildirib
21.07.2018
İspaniya sahillərində 400-dən çox miqrant aşkarlanıb
20.07.2018
Ukraynada çörəyin qiyməti bahalaşmaqda davam edir
20.07.2018
Tramp Putini Vaşinqtona dəvət edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9683

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info