Lənkəran, Lerik və Astara rayonlarında modul tipli 16 məktəb quraşdırılacaq
Tarix: 21.03.2018 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Azərbaycan prezidenti İlham Əlyiev "Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 4 milyon 942 min manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.



Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.



Lənkəran, Lerik və Astara rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı:



Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Lənkəran rayonu Köhnəgəgir kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

2

Lənkəran rayonu Jidi kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

3

Lənkəran rayonu Alazəpin kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

4

Lənkəran rayonu Türkəncil kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

330 000

5

Lerik rayonu Sivəkəran kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

6

Lerik rayonu Küsəkəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

7

Lerik rayonu Vov kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

8

Lerik rayonu Monidigah kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

9

Lerik rayonu Kirəvud kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

10

Lerik rayonu Zövnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

11

Lerik rayonu Vılıq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

12

Lerik rayonu Vamazğon kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

13

Lerik rayonu Kaqoy kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

14

Lerik rayonu Conu kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

15

Astara rayonu Şəmətük kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

16

Astara rayonu Doli kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

260 000



Cəmi

4 942 000




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info