Azərbaycan Ordusunun təminatı ən müasir standartlara tam cavab verir
Tarix: 22.03.2018 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusunun regionun ən güclü və təchizat baxımından ən müasir tələblərə tam cavab verməsi bir çox beynəlxalq hərbi araşdırma mərkəzləri və ekspertlər tərəfindən dəfələrlə qeyd edilib. 2016-cı ilin aprel döyüşləri də bunu bir daha təsdiq etdi.
Bunu istefada olan polkovnik Məhərrəm Cahangirov AZƏRTAC-a açıqlamasında deyib.
M.Cahangirov bildirib ki, son illər Azərbaycan Ordusunun yeni texnologiyaların tətbiqi ilə istehsal olunan silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində də davamlı işlər görülür. Ordu ilə cəmiyyət arasında geniş əlaqələr qurulur. İctimaiyyətin nümayəndələrinə hərbi hissələrdə yaradılan xidməti və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı yaradılır. Müdafiə Nazirliyinin hərbi hissələrində Novruz bayramı münasibətilə keçirilən “Açıq qapı” günlərində və digər bayram tədbirlərində dövlət, qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən əsgər valideynlərinin iştirakı Azərbaycanda ordu-cəmiyyət münasibətlərinin yüksək səviyyədə qurulduğunu sübut edir.
“Bu tədbirlərin geniş ictimaiyyət üçün nümayişi zamanı hərbi hissələrdə yaradılan sosial-məişət şəraitinin və Ordunun ümumilikdə təminatının müasir standartlara cavab verdiyinin şahidi olduq. Bu isə onu göstərir ki, ordumuz dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Son zamanlar ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi və bütün təminat növlərinə malik olması Azərbaycan Ordusunun təminatla bağlı heç bir probleminin olmadığını bir daha əyani şəkildə sübut edir. Hərbi hissələrdə olarkən mən bu istiqamətdə əldə edilən uğurların dəfələrlə şahidi olmuşam. Xalqımız öz ordusunu sevir və ona hər zaman mənəvi dəstək göstərir. Bu isə ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji durumuna müsbət təsir göstərməklə işğal edilmiş torpaqlarımızın tezliklə düşməndən azad edilməsində hərbi qulluqçularımızın qələbə əzmini daha da artırır”, - deyə M.Cahangirov qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
4 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
5 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info