Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
Tarix: 26.03.2018 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 26-da Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdlər Bakıya gəliblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını folklor və rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, əllərində səməni və bayram xonçaları olan milli geyimli qızlar qarşılayıblar.
Qrupun rəhbəri, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Pənah İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib ki, muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird, 20 bələdçi-müəllim Bakıya gəlib. Budəfəki səyahət də əvvəlkilər kimi yaddaqalan olacaq. Şagirdlər üç gün ərzində paytaxtımızın tarixi abidələri ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Aysun Nağdəliyeva “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməkdən çox məmnun olduğunu söyləyib. Bu layihə çərçivəsində paytaxtımızın tarixi abidələri ilə yaxından tanış olmaq imkanı qazandığını deyən məktəbli səfərdən zəngin təəssüratlarla qayıdacağını və burada gördükləri barədə məktəbli dostlarına da geniş məlumat verəcəyini söyləyib.
Babək rayon Yarımca kənd məktəbinin şagirdi Kənan Məmmədov təəssüratlarını bölüşərək bildirib ki, tur-aksiya çərçivəsində o və yoldaşları Bakıda yeni dostlar qazanacaqlar. Eyni zamanda, ekskursiya ərzində ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı zəngin məlumatlar əldə edəcəklər.
Naxçıvanlı şagirdlər dörd gün ərzində Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, İncəsənət və Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olacaqlar.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info