Belarus Azərbaycana bitkiçilik məhsulları tədarükünü artıracaq
Tarix: 26.03.2018 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


2018-ci ildə Belarus Asiya ölkələrinə bitkiçilik məhsullarının ixracını artırmağı planlaşdırır.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, bunu Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin müavini Vladimir Qrakun keçirdiyi mətbuat konfransında bildirib. Nazir müavini deyib: “Düşünürəm ki, bütün hallarda Rusiyaya tədarük edəcəyimiz məhsul həcminin 2017-ci il səviyyəsindən az olmamasına çalışacağıq. Lakin digər ölkələrə - Azərbaycan, Özbəkistan, Gürcüstan və Çinə də məhsul ixracını artıracağıq”. Söhbətin kartof, tərəvəz və meyvə ixracından getdiyini xatırladan V.Qrakun əlavə edib ki, Rusiya əlavə məhsula ehtiyac duyarsa, Belarus buna hazırdır. 2017-ci ildə 380 min ton kartof ixrac olunub ki, bu, nazir müavininin sözlərinə görə, ötən illərin göstəricilərindən olduqca çoxdur. Belarus kartofu Rusiya, Özbəkistan, Azərbaycan və daha az həcmdə Serbiyaya göndərilib. Nazir müavini onu da əlavə edib ki, ixracatın artması əsasən kartofçuluq, tərəvəzçilik və meyvəçiliyin inkişafı üzrə proqramın vaxtında həyata keçirilməsinin nəticəsidir. O diqqətə çatdırıb ki, kartof, tərəvəz və almanın saxlanması üçün anbarların tikintisinə nail olunub və bunun sayəsində bütün mövsümlərdə ticarəti həyata keçirmək və məhsul ixracını artırmaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Neftin qiyməti 19 faizə qədər artıb
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info