Yaponiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı müzakirələr olub
Tarix: 27.03.2018 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Yaponiya Mərkəzi Asiya Elmi Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi müzakirə olunub
Cari ilin Mart ayının 24-ü və 25-də Yaponiyada təşkil edilmiş məşhur Yaponiya Mərkəzi Asiya Elmi Konfransında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi müzakirə olunub. Sözü gedən elmi konfrans özündə Yaponiyanın Mərkəzi Asiya və Qafqaz regionu ilə əlaqədar, Yaponiyanın ən öndə gedən elm adamlarını birləşdirir. Onlar, hər il bir dəfə bir araya gəlir, sözü gedən regionların tarixi, siyasəti, iqtisadiyyatı və mədəniyyəti ilə bağlı dərin elmi müzakirələr aparır və nəticələrlə bağlı elmi məqalələr çap edirlər.
Bu il təşkil edilmiş konfransda AMEA-nın Tarix İnstitutunun dissertantı, “Tərəqqi” medallı, “Qabaqcıl təhsil işçisi”, 2010-cu ildə “İlin müəllimi” mükafatı laureatı, 147 saylı texniki-humanitar liseyin tarix müəllimi, həmyerlimiz Güntəkin Məmmədova da iştirak edib. Güntəkin Məmmədova Yaponiyalı elm adamlarına aşağıdakı sualla müraciət edib:
“Bilirəm ki, Yaponiyada Mərkəzi Asiya və Qafqaz regionu ilə bağlı çox araşdırmalar mövcuddur. Bildiyiniz kimi, Azərbaycan da dünyada Mərkəzi Asiya və Qafqaz araşdırmalarının tərkibində tədqiq olunan ölkələrdəndir. Bu il Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından 100 il keçir. 1918-ci ildə qurulmuşdur. Mən bilmək istərdim ki, Yaponiyada Azərbaycanla bağlı elmi araşdırmalar, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatlar hansı səviyyədədir? Ümumiyyətlə, Yaponiyanın elm dünyasında Azərbaycan tarixinə maraq varmı? Onu da deyim ki, Azərbaycan məktəblərində Yaponiyanın Tokuqava İyeyasudan (1603) sonrakı dövrü dərsliklərdə məktəblilərə tədris edilir. Təşəkkür edirəm”.
Suala cavab olaraq, Yaponiyanın Tsukuba Universitetinin professoru Akifumi Şioya qeyd edib ki, “Bildiyiniz kimi, Azərbaycanın Xalq Cumhuriyyətinin yaranmasına qədərki dövrü, Azərbaycanlı millətinin yaranması kontekstində Kyoto Universitetinin tədqiqatçısı Şionozaki Şinya araşdırmışdır və ötən il bununla bağlı yapon dilində geniş tərkibli kitab dərc etdirmişdir. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə ilə bağlı bir neçə elmi məqalələr çap olunmuşdur yapon dilində. Həmçinin, 1905-ci ili Erməni-Azərbaycan qarşıdurması da Yaponiyanın elm dünyasında kifayət qədər tanınır”.
Onu da qeyd edək ki, bu ilki konfransda müstəqil Azərbaycan Respublikası ilə bağlı çıxışlar, suallar çox olmuşdur. Kyoto Universitetinin doktorantı İvakura Kou “Post-sovet dövrü Azərbaycanında dövlət və din” haqqında kifayət qədər maraqlı elmi çıxış etməklə, qeyd etmişdir ki, Azərbaycanda şiə və sünni təriqətləri tolerant bir şəraitdə birgə yaşamaqdadırlar. Bu Qafqaz Müsəlmanları İdarəsi, eyni zamanda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin fəaliyyəti və apardığı siyasət nəticəsində mümkün olmuşdur. İvakura onu da qeyd etmişdir ki, xalq da bu siyasəti dəstəkləyir. Hokkaydo Universitetindən araşdırmaçı Taçibana Yu isə “Post-sovet Gürcüstanında siyasi partiyalar” mövzusunda çıxış etsə də, Azərbaycanla bağlı şərhləri də kifayət qədər çox olmuşdur. Qeyd edək ki, Taçibana Yu Müstəqil Azərbaycanda iqtisadi-siyasi dəyişikliklər mövzusunda doktor işini 2013-də müdafiə etmişdir. Hal-hazırda da Qafqazşünaslıq elmi üzərində ciddi cəhdlə araşdırmalarını davam etdirir.
Həmyerlimiz Güntəkin Məmmədova konfransla bağlı fikirlərini bölüşərkən onu da qeyd etmişdir ki, Yaponiya elm dünyasında Azərbaycanın tarixinə və müasir dövrünə böyük marağın olması qürurverici haldır. Onun sözlərinə görə, o da bəlli olmuşdur ki, Azərbaycanın tarixi ilə bağlı Kyoto Universitetindən Şionozaki Şinya, müstəqil Azərbaycan Respublikası ilə bağlı isə Hokkaydo Universitetindən Taçibana Yu hazırda Yaponiyanın elm dünyasında Azərbaycanın tanıtımı işinə böyük töhvələr verməkdədirlər.
Sonda Yaponiya Mərkəzi Asiya Elmi Konfransının üzvü, Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü araşdırmaçı Əlibəy Məmmədov konfransla bağlı onu bildirmişdir ki, son illərdə Mərkəzi Asiya, xüsusilə Uyğurlarla bağlı tədqiqatlar əsas təşkil etsə də, bu ilki konfransda Azərbaycan adı daha çox eşidilmişdir. Bunun özü Yaponiyanın xüsusi dairələrində Azərbaycanın artan nüfuzundan xəbər verir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb
19.01.2020
Prezident İlham Əliyevin rəsmi “Facebook“ səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
18.01.2020
Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2020
Baş Prokurorluq sayt təsisçisi və baş direktoruna xəbərdarlıq edib
18.01.2020
20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info