Ruhani: “Azərbaycanla İran arasında bir neçə sənəd imzalanacaq”
Tarix: 27.03.2018 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


“Bakıya səfər çərçivəsində Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair sənədlər imzalanacaq və neft-qaz sahəsində əməkdaşlıq üçün digər razılaşmalar əldə olunacaq”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu Türkmənistana səfərə gedən İran prezidenti Həsən Ruhani Tehran hava limanında deyib. H. Ruhani bildirib ki, bu səfərlər Azərbaycan və Türkmənistan prezidentlərinin rəsmi dəvəti ilə baş tutur və onların Tehran səfərinə cavab səfərdir: “Səfər çərçivəsində hər iki ölkə ilə ikitərəfli əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Yeni günəş ilinin başlanğıcında ilk xarici səfərimi iki dost və qonşu ölkəyə etdiyim üçün şadam. Bu iki ölkə ilə həm dəniz, həm də quru sərhədlərimiz var. Ticarət əlaqələri ilə yanaşı, regional tranzit, cənub sularının Mərkəzi Asiya və Qafqaza birləşdirilməsi məsələsi çox önəmlidir ki, bu haqda da danışıqlar aparılacaq”. 
H. Ruhani deyib ki, məqsəd bu iki ölkə vasitəsilə Qafqaz ölkələri ilə ünsiyyət yaratmaqdır: “Hazırda  Sərəxs və Astara dəmir yolları xətti ilə əlaqələr var. İki layihə üzərində də iş gedir”.
İran prezidenti Bakıya səfər çərçivəsində sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağını vurğulayıb. 




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info