İsxak Masaliyev: “Azərbaycanda şəffaf seçki mühiti mövcuddur”
Tarix: 27.03.2018 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda şəffaf seçki mühiti mövcuddur. İnanıram ki, 11 aprel seçkilərində də Azərbaycan xalqı doğru seçim edəcək. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Qırğızıstan Parlamentinin üzvü İsxak Masaliyev deyib. Son illər Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini deyən Qırğızıstan Parlamentinin üzvü Azərbaycanda təhsil alan tələbələri, həmçinin buradakı Azərbaycan diasporunun nümayəndələri ilə tez-tez ünsiyyətdə olduğunu dilə gətirib. “Ümumiyyətlə, Azərbaycanda baş verən proseslərlə bağlı məlumat alıram. Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir. Biz bu münaqişənin Azərbaycanın ərazi bütovlüyü çərçivəsində həll edilməsini istəyirik. 11 aprel seçkilərindən sonra münaqişənin həllində müəyyən dinamikanın olacağına ümid edirəm. Bu eyni zamanda regionda sabitliyin möhkəmlənməsinə də xidmət edəcək. Əminəm ki, 11 aprel seçkilərindən sonra Azərbaycan-Qırğızıstan əlaqələri daha da möhkəmlənəcək”, - deyə İ. Masaliyev qeyd edib. 




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər
07.07.2020
Azərbaycan qazı Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək
06.07.2020
“Aİ-yə üzv bəzi ölkələr Türkiyə ilə münasibətlərdə səmimi deyil”
06.07.2020
“Avropa İttifaqının Türkiyə ilə daha çox əməkdaşlığa ehtiyacı var“
04.07.2020
“Türkiyə xəstəxanaları Avropada birinci, dünyada isə sayılıb-seçilən xəstəxanalardır“

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Asan plov -VİDEO
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
4 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
5 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info