“Bakcell” daha bir sosial layihəyə start verdi
Tarix: 28.03.2018 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell”, Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb. Altı ay davam edəcək bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial sahibkarlıq bacarıqlarının artırılması üçün portalın yaradılmasıdır. Layihə çərçivəsində əlverişsiz sosial şəraitdə yaşayan, lakin sahibkarlıq və praktik bacarıqları olan şəxslərin iş tapmasına və ya onların məhsul və xidmətlərinin geniş kütləyə çatdırmasına dəstək göstəriləcək. Bu təşəbbüs müəyyən müddətdən sonra həmin şəxslərin sosial rifahının yüksəlməsinə və onların cəmiyyətə uğurlu inteqrasiyasına xidmət edəcək. Layihənin xüsusi internet səhifəsində layihə iştirakçıları üçün şəxsi profil yaradılacaq və həmin səhifə vasitəsilə onlar öz məhsul və xidmətlərini potensial müştərilərə təqdim və təklif edə biləcəklər. Həmçinin, işəgötürən şirkətlər qeyd olunan sayta daxil olmaqla iştirakçıların CV məlumatları ilə tanış olub onlarla birbaşa əlaqə yaratmaq imkanına malik olacaqlar. Layihə iştirakçılarına iş tapmaq və yaxud öz məhsul və xidmətlərini satmaq imkanını yaratmaqla yeni portal onlar üçün sosial rifahın yüksəldilməsi və cəmiyyətə uğurlu və sürətli inteqrasiyası üçün lazimi şəraitin yaradılmasını təmin edəcək. Yüz nəfərə yaxın iştirakçını əhatə edəcək bu layihənin ilkin mərhələsində təşkilatçılar portalda yerləşdiriləcək məhsul və xidmətləri təklif edən həssas əhali qrupların nümayəndələrini müəyyən edəcəklər. “Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət proqramı ilə tanınan “Bakcell” şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər həssas əhali qruplarına aid insanlara dəstək göstərmək və onların rifahını yüksəltmək üçün yeni imkanlar axtarır. Yeni layihə vasitəsilə biz əlverişsiz sosial şəraitdə yaşayan insanlara iş tapmaqda və öz məhsul və xidmətlərini təklif etməkdə dəstək göstərəcəyik”- deyə “Bakcell” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova bildirib. Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) Azərbaycan Respublikasında sosial və ictimai psixologiya araşdırmalarının təşviq edilməsi məqsədilə ictimai elmlər peşəkarları tərəfindən yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri - VİDEO
25.11.2020
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
25.11.2020
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
25.11.2020
Prezident İlham Əliyev xalqa müraciət edib-YENİLƏNİB
25.11.2020
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info