Beyləqan Olimpiya İdman Kompleksinin təməli qoyulub
Tarix: 28.03.2018 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Bu il Lənkəran Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi planlaşdırılır
Beyləqanda Olimpiya İdman Kompleksinin təməli qoyulub. Təməlqoyma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmi şəxslər iştirak ediblər. Nazir Azad Rəhimov çıxışında bildirib ki, hazırda ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bir müddət bundan əvvəl Tərtərdə sayca 44-cü Olimpiya İdman Kompleksinin təməli qoyulub. Həmçinin Goranboy və Neftçala rayonlarında Olimpiya İdman kompleksləri tikilir. Yardımlı rayonunda da idman kompleksinin inşası davam etdirilir. Bu il isə Lənkəran Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi planlaşdırılır. Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub. Prezident Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci il 23 mart tarixli sərəncamı ilə vəsait ayrılıb. Kompleks Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhər stadionunun ərazisində ayrılmış 2,61 hektar torpaq sahəsində tikilir. Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman, güləş, boks, qrup məşqləri və trenajor zalları, 180 tamaşaçı tribunası və 24x12 ölçüdə üzgüçülük hovuzu olan zal inşa olunacaq. Bundan əlavə, sayca 45-ci olan kompleksdə 18 standart, 2 VİP otaqlar olmaqla, 40-50 nəfərlik mehmanxana, restoran, mətbəx, internet klub, konfrans zalı, sauna, masaj, həkim, məşqçilər üçün otaqlar və inzibati otaqlar yaradılacaq. Hər bir idman zalı üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları nəzərdə tutulub. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması planlaşdırılıb. Beyləqan Olimpiya İdman Kompleksinin baş planına əsasən ərazidə 1250 nəfərlik tamaşaçı tribunası olan futbol stadionu, süni örtüklü qaçış zolağı, mini-futbol meydançası, həmçinin enerji təchizatını təmin etmək üçün transformator yarımstansiyası, generator məntəqəsi, istilik qazanxanası və nasosxana binası, içməli və yanğına qarşı ehtiyat su anbarları da inşa ediləcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib
16.11.2019
İlin sonunadək “Türk axını” boru kəməri layihəsi tamamlanacaq
15.11.2019
“AzerGold” İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb
15.11.2019
Prezident Rusiyanın Şimali Qafqaz respublikalarından olan müsəlman din xadimlərini qəbul edib
15.11.2019
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info