Futbolçuların bu cür qarşılaşmalara uyğunlaşması vacibdir
Tarix: 28.03.2018 | Saat: 03:35:00 | E-mail | Çapa göndər


Belə bir oyunun keçirilməsini çox istəyirdim. Futbolçuların bu cür qarşılaşmalara uyğunlaşması vacibdir. Bu gün meydanda çox istəkli idilər. Hətta məğlub olsaydıq belə, oyundan razı qalacaqdım.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 27-də Antalyada Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, əvvəlki oyunlar zamanı futbolçularda psixoloji baxımdan müəyyən problemlər hiss olunurdu. Ancaq bu qarşılaşmada daha yaxşı təsir bağışladılar. Bakıda Belarusla keçirdiyimiz oyunda təkbətək epizodlar zamanı rəqibdən geri qalmışdıq. Oyunsonrası statistika da bunu göstərmişdi. Ancaq bu gün belə olmadı.
“Futbolçularımı təbrik edirəm. Ciddi bir rəqiblə qarşılaşdıq. Tam istədiyim futbolu görməsəm də, istədiyim mübarizəni izlədim. Təlim-məşq toplanışı ərzində futbolçularla çox söhbətlər apardıq və istədiklərimin əksəriyyətini meydanda gördüm. Hazırlıq prosesindən razı qaldığımı qeyd edə bilərəm. VAR (video assistant referee) sisteminin tətbiqini isə normal qarşıladım. Ədalətli bir qarşılaşma oldu”, - deyə Qurban Qurbanov əlavə edib.
Qeyd edək ki, Antalyadakı “Mardan” stadionunda keçirilən Azərbaycan-Makedoniya yoldaşlıq oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Mourinyo “Tottenhem“də
20.11.2019
“Tottenhem” baş məşqçisi Maurissio Paçetinonu istefaya göndərib
20.11.2019
Avro-2020-ni 1 xalla başa vurduq
20.11.2019
Qrizmann PSJ-yə keçmək istəyir
19.11.2019
Alpaqut üzrə dünya çempionatına hazırlıq məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info