Qaradağda DTX işçilərinin peşə bayramı günü qeyd edilib
Tarix: 28.03.2018 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


28 mart – Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.
İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 28 mart – Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik edib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradıldığını bildirib.
Qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində Azərbaycanın hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilməsində, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında DTX-nın xüsusi rol oynadığı nəzərə çatdırılıb.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon şöbəsinin bir neçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
İcbari tibbi sığorta ilə bağlı klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
13.11.2019
Yeni doğulan uşağa görə 500 manat verilsin
13.11.2019
Tələbələr ASCO-nun xarici sularda üzən gəmilərində təcrübə keçiblər
13.11.2019
Yasamal Yaşayış Kompleksində 570 güzəştli mənzildən 284-nün alqı-satqısı başa çatıb
13.11.2019
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info